#Hudoplastika yalnız estetik məqsədlə edilir?

Bu, estetik ginekologiyada ən çox verilən suallardan biridir.

📌 Cavab isə hər zaman belə deyil.

Bəzi qadınlarda anadangəlmə xüsusiyyətlərə, genetik quruluşa və ya doğuşdan sonra yaranan dəyişikliklərə bağlı olaraq klitor ətrafındakı dəri qatı (klitoral hud) qalın, böyük və ya sallanmış ola bilər.

💙 Bu vəziyyət bəzi hallarda:

▫️ Estetik narahatlıq hissi yarada bilər.

▫️ Dar geyim zamanı diskomforta səbəb ola bilər.

▫️ Gigiyenik rahatlığı azalda bilər.

▫️ Klitor nahiyəsinin həddindən artıq örtülməsi səbəbindən həssaslığa mənfi təsir göstərə bilər.

📌 Bizim icra etdiyimiz #hudoplastika əməliyyatı zamanı klitor ətrafındakı artıq dəri qatı anatomik quruluş qorunmaqla korreksiya edilir.

Bu yanaşmanın məqsədi daha harmonik estetik görünüş əldə etmək, komfort hissini artırmaq və uyğun pasiyentlərdə funksional rahatlığı dəstəkləməkdir.

⏳ Əməliyyat adətən 15–20 dəqiqə davam edir. Pasiyentlər əksər hallarda qısa müşahidədən sonra həkimin tövsiyələri ilə evə buraxılır.

✨ Hər qadının anatomik quruluşu fərqlidir. Buna görə də #hudoplastikanın uyğun olub-olmaması və gözlənilən nəticə yalnız həkim müayinəsindən sonra qiymətləndirilir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04