🤔 Müalicə alırsınız, şikayətləriniz azalır… Amma bir müddət sonra qaşınma yenidən başlayır?

Bu vəziyyət hər zaman infeksiya ilə əlaqəli olmaya bilər.
Təkrarlayan intim qaşınmanın səbəbləri arasında:
▫️ Vaginal mikrofloranın pozulması
▫️ pH balansının dəyişməsi
▫️ Estrogen səviyyəsinin azalması
▫️ Doğuş, menopauza və ya yaşla əlaqədar selikli qişada baş verən dəyişikliklər
də rol oynaya bilər.
💙 Bu hallarda yalnız infeksiyanı müalicə etmək kifayət etməyə bilər. Əsas səbəbinin müəyyən edilməsi, düzgün müalicə planının seçilməsi üçün vacibdir.
Müayinə nəticələrindən asılı olaraq müalicəyə mikrofloranın bərpası, hormonal dəstək və uyğun pasiyentlərdə toxumaların yenilənməsini dəstəkləyən müasir prosedurlar, o cümlədən lazer və PRP terapiyası da daxil edilə bilər.
Təkrarlayan qaşınmanı “normaldır” deyə qəbul etməyin. Düzgün diaqnoz qoyulduqda problemin səbəbini aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
