“Vaginoplastikanın nəticəsi qalıcı olurmu?”

Bu, pasiyentlərin ən çox verdiyi suallardan biridir.
Təkcə vaginanın daraldılması hər zaman uzunmüddətli nəticə verməyə bilər. Əməliyyatın uğuru icra olunması, tətbiq olunan cərrahi texnikadan və toxumaların necə bərpa edilməsindən asılıdır.
Bizim tətbiq etdiyimiz cərrahi yanaşmada vaginoplastika ilə yanaşı, ehtiyac olduqda levatoroplastika və pereneoplastika da icra edilir. Bu zaman yalnız genişlənmiş toxumalar deyil, zəifləmiş çanaq dibi əzələləri də bərpa olunur.
Əməliyyat zamanı:
Genişlənmiş vaginal toxuma soyulub çıxarılır.
Çanaq dibi əzələləri daxildən bərpa edilib möhkəmləndirilir.
Vaginanın arxa divarı tikilərək gücləndirilir.
Aralıq nahiyəsi estetik prinsiplərə əsasən mükəmməl kosmetik tikişlə bərpa edilir.
Bu yanaşmanın məqsədi, yalnız vaginanın həcmini azaltmaq deyil, anatomik dəstəyi bərpa edərək daha davamlı və təbii nəticə əldə etməkdir.
Üstünlüklərimizdən biri də əməliyyat zamanı hər toxuma qatına uyğun seçilən, yüksək keyfiyyətli, öz-özünə sovrulan xüsusi cərrahi saplardan istifadə edilməsidir. Bu, sağalma prosesinin daha rahat keçməsinə və kosmetik nəticənin daha estetik olmasına kömək edir.
Əməliyyatın müddəti tətbiq ediləcək əlavə əməliyyat və prosedurlardan asılı olaraq təxminən 1–2 saat davam edə bilər. Əgər vaginoplastika ilə yanaşı labioplastika və ya sidik qaçırmanın bərpası üçün TOT əməliyyatı da planlaşdırılarsa, müddət buna uyğun dəyişə bilər.
Əksər pasiyentlər əməliyyatdan sonra növbəti gün tamamilə ağrısız evə buraxılır və həkimin tövsiyələrinə əməl etməklə bərpa dövrünə başlayırlar.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
