Vaginal girişin kənarında qəfil yaranan ağrılı şişkinlil, xanımlarda narahatedici və gündəlik həyatı çətinləşdirən vəziyyət ola bilər.
Bunun səbəblərindən biri #Bartolin vəzinin kanalının tutulması və iltihablanması — #bartolinit ola bilər.

Kanal tutulduqda, ifraz etdilən maye xaricə çıxa bilmir və həmin nahiyədə kista yarana bilər. İnfeksiya qoşulduqda isə şişlik böyüyə, ağrı arta, qızartı və hətta irinli möhtəviyyat yarana bilər.
Bəzi qadınlarda ağrı o qədər güclü olur ki, yerimək və oturmaq belə çətinləşir.
Belə vəziyyətdə şişliyi sıxmaq, deşməyə çalışmaq və ya yalnız evdə istifadə olunan vasitələrlə müalicə etmək düzgün deyil.

Tövsiyəm: vaginal giriş ətrafında ağrılı şişlik yaranıbsa, xüsusilə şişlik sürətlə böyüyürsə və ağrı güclənirsə, ginekoloji müayinənizi gecikdirməyin. Müalicə kistanın və ya absesin vəziyyətindən asılı olaraq fərqli yanaşma tələb edə bilər.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
