#Vaginoplastika

#Vaginoplastika

sadəcə daraltma deyil…

Bu sualla müraciət edən pasiyentlərin sayı kifayət qədər çoxdur.

📌# Vaginoplastikada davamlı və funksional nəticə yalnız vaginal kanalın daraldılmasından asılı deyil. Cərrahi texnikanın düzgün seçilməsi, toxumaların anatomik bərpası və çanaq dibi əzələlərinin vəziyyəti də mühüm rol oynayır.

💙 Ehtiyac olduğu hallarda vaginoplastika ilə birlikdə levatoroplastika da icra edirik. Beləliklə, yalnız genişlənmiş vaginal toxumalar deyil, zəifləmiş çanaq dibi əzələləri də bərpa olunur.

📌 Əməliyyat zamanı:

▫️ Artıq və genişlənmiş vaginal toxumalar korreksiya edilir.

▫️ Çanaq dibi əzələləri bərpa və möhkəmləndirilir.

▫️ Vaginal arxa divarın anatomik dəstəyi gücləndirilir.

▫️ Aralıq nahiyəsi estetik prinsiplərə uyğun şəkildə bərpa edilir.

Əsas məqsəd yalnız ölçünün kiçildilməsi deyil, toxumaların anatomik dəstəyini bərpa etmək və mümkün qədər təbii, funksional nəticə əldə etməkdir.

📌 Cərrahi müdaxilə zamanı toxuma qatlarına uyğun seçilən, öz-özünə sovrulan yüksək keyfiyyətli cərrahi saplardan istifadə olunur. Bu, sağalma prosesinin və sonrakı kosmetik görünüşün optimal olması üçün nəzərə alınan detallardan biridir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04