#Aybaşı bitir, amma qanama davam edir? Səbəb uşaqlıq #polipi ola bilər

#Aybaşılar arasında ləkələnmə, cinsi əlaqədən sonra qanama və ya menstruasiyanın əvvəlkindən daha çox və nizamsız olması qadınlarda bəzən “hormonal disfunksiya” deyə qiymətləndirilir.

Lakin bu əlamətlərin səbəblərindən biri də uşaqlıq boşluğunda yaranan endometrial #polip ola bilər.

Endometrial #poliplər uşaqlığın daxili qişasından inkişaf edən toxuma törəmələridir. Onlar bəzən heç bir əlamət vermir, bəzi xanımlarda isə nizamsız qanama və ləkələnmə ilə özünü göstərə bilər.

Xüsusilə təkrarlanan və səbəbi aydın olmayan qanamalar zamanı problemi yalnız hormonal dəyişikliklə izah etmək doğru deyil.

👩‍⚕️ Tövsiyəm: menstruasiya günlərindən əlavə qanama və ya davamlı ləkələnmə müşahidə edirsə, bunu normal qəbul etməyin. Ginekoloji müayinə və lazım olduqda USM ilə uşaqlıq boşluğunun qiymətləndirilməsi səbəbin müəyyənləşdirilməsinə kömək edir.

Erkən qiymətləndirmə həm düzgün müalicə planının seçilməsi, həm də daha ciddi səbəblərin vaxtında istisna edilməsi üçün vacibdir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04