SONSUZLUĞUN MÜAYİNƏ VƏ MÜALİCƏSİ

Ümid var – çünki hər başlanğıc bir addımla başlayır!

Uşağa sahib olmaq arzusu bəzən gözləniləndən daha uzun və çətin bir yol ola bilər. Əgər 1 ildən artıq müddətdə müntəzəm cinsi əlaqəyə baxmayaraq hamiləlik baş vermirsə, bu artıq sonsuzluq kimi dəyərləndirilə bilər. Amma bu yolun sonu deyil – sadəcə doğru istiqamətdən başlamaq kifayətdir.

Sonsuzluğun səbəbi nə ola bilər?

Sonsuzluq həm qadına, həm də kişiyə bağlı səbəblərdən qaynaqlana bilər:

•Yumurtalıq problemləri (polikistik yumurtalıq sindromu – PCOS)

•Uşaqlıq borularında tıxanıqlıq

•Hormon disbalansı

•Uşaqlıqda mioma və ya polip

•Endometrioz

•İnfeksiyalar və keçmişdə keçirilmiş əməliyyatlar

•Kişidə sperma keyfiyyətsizliyi və ya azlığı

Müayinə necə aparılır?

Dr. Fəxrəndə Rəsulova tərəfindən aparılan sonsuzluq müayinəsi mərhələli və dəqiq yanaşma ilə həyata keçirilir:

•Tibbi tarixçənin toplanması və tam konsultasiya

•Ultrasəs müayinəsi (USM) – yumurtalıqların, uşaqlığın və boruların vəziyyəti

•Hormon analizləri – menstruasiya dövrünə uyğun aparılır

•Histerosalpingoqrafiya (HSG) – boruların açıq olub-olmadığını göstərir

•Ər-arvadın hər ikisi üçün analizlər və qiymətləndirmə

Müalicə yolları:

•Hormon müalicələri

•Ovulyasiya induksiyası

•Yumurtlama takibi və zamanlanmış əlaqə

•Laparoskopik əməliyyatlarla problemin aradan qaldırılması

•Aşılama (IUI)

•Süni mayalanma (IVF) üçün uyğun mərkəzə yönləndirmə

Unutmayın: Siz tək deyilsiniz!

Sonsuzluq – həll olunan bir problemdir, ayıb və ya utanc deyil. Ən əsası isə – ümidi itirməmək və peşəkar bir həkimlə doğru müayinədən keçməkdir.

Dr. Fəxrəndə Rəsulova – Sizi anlamağa, Sizi dinləməyə və doğru yolla addımlamağa hazırdır. Biz Sizinlə birlikdə bu yolun sonuna qədər irəliləyəcəyik.


📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04