HPV İNFEKSİYASI VƏ UŞAQLIQ BOYNU XƏRÇƏNGİ: QORUNMAQ MÜMKÜNDÜR!

HPV nədir?

HPV (Human Papilloma Virus) – cinsi yolla ötürülən və qadınlarda uşaqlıq boynu xərçənginin əsas səbəbi hesab edilən virusdur. Ümumilikdə 200-dən çox növü olsa da, 14-dən çox yüksək riskli tipi var ki, bunlar onkoloji dəyişikliklərə yol aça bilər.

Əksər hallarda HPV infeksiyası öz-özünə keçə bilər, lakin bəzi hallarda uzunmüddətli infeksiya uşaqlıq boynu hüceyrələrində dəyişikliklərə və xərçəngönü vəziyyətlərə səbəb ola bilər. Bu səbəbdən HPV-yə qarşı mübarizə – qadın sağlamlığının əsas istiqamətlərindən biridir.

HPV infeksiyası necə keçir?

HPV çox zaman heç bir əlamət vermədən keçir və qadın bu virusu daşıdığını hiss etməyə bilər. Virus əsasən:

•Cinsi əlaqə ilə,

•Dəri və selikli qişaların təması ilə,

•Nadir hallarda doğuş zamanı anadan körpəyə keçə bilər.

Yüksək riskli HPV növləri əsasən uşaqlıq boynunda xərçəngönü dəyişikliklər yaradır. Ən təhlükəli növlər – HPV 16 və HPV 18 hesab olunur.

Uşaqlıq boynu xərçəngi: Səssiz təhlükədir!

Uzun müddət əlamətsiz inkişaf edə bilər. Bu səbəbdən xəstələrin əksəriyyəti diaqnozla gec mərhələdə tanış olurlar. Xəstəliyin ilkin mərhələlərində aşağıdakı simptomlar ortaya çıxa bilər:

🔸 Cinsi əlaqədən sonra qanama

🔸 Qeyri-müntəzəm aybaşı dövrləri

🔸 Qoxulu və rəngli ifrazatlar

🔸 Aşağı qarın nahiyəsində ağrılar

Lakin bu əlamətlər olmadan da təhlükəli proses gedə bilər. Təhlükəni yalnız skrininqlər aşkarlaya bilər.

Qorunmaq mümkündür! Bəs necə?

HPV infeksiyası və uşaqlıq boynu xərçəngindən qorunma yolları mövcuddur:

 1. HPV Peyvəndi

HPV-yə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında ən təsirli üsuldur. Ən ideal yaş dövrü 9–26 yaş arasıdır. Lakin bəzi hallarda 45 yaşa qədər tətbiq oluna bilər. Peyvənd xüsusilə cinsi həyata başlamazdan əvvəl tövsiyə olunur.

2. Mütəmadi Skrininqlər

Hər qadın, cinsi həyata başladıqdan 3 il sonra, ildə bir dəfə Pap-test (smear testi) və ya HPV testi etdirməlidir. Bu testlər uşaqlıq boynunda olan dəyişiklikləri hələ xərçəngə çevrilmədən müəyyən edir.

 3. Kolposkopiya Biopsiya

Əgər testlərdə anormal hüceyrələr aşkarlanarsa, kolposkopiya üsulu ilə uşaqlıq boynu vizual olaraq dəyərləndirilir. Lazım gələrsə, biopsiya ilə diaqnoz dəqiqləşdirilir və zamanında müdaxilə edilir.

Niyə erkən müayinə vacibdir?

Uşaqlıq boynu xərçəngi qarşısı alınan və sağalan bir xərçəng növüdür. Bunun üçün sadəcə:

🔹 Qoruyucu peyvənd

🔹 Daimi skrininq

🔹 Erkən diaqnoz və müalicə lazımdır.

Unutmayın Xanımlar, Sağlamlıq seçimdir!

Dr. Fəxrəndə Rəsulova Sizə HPV-nin erkən aşkarlanması, təhlükəli tiplərin müəyyən olunması və effektiv müalicə yolları ilə bağlı tam dəstək verir.

HPV-yə dair narahatlıqlarınız varsa, erkən müayinə və düzgün yanaşma həyatınızı xilas edə bilər. HPV Müalicə Mərkəzi – sağlam gələcək üçün doğru ünvandır.



📞 Elə indi dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04