Sadə bir müdaxilə ilə narahatlıqlardan və risklərdən azad olun!

Poliplər – uşaqlıq daxilində (endometrium), uşaqlıq boynunda və ya uşaqlıq yolunda yaranan, əksər hallarda xoşxassəli toxuma artımlarıdır. Kiçik ölçülü olsa da, poliplər menstruasiya pozğunluqlarına, sonsuzluğa və nadir hallarda xərçəngə çevrilmə riskinə səbəb ola bilər.
Poliplərin əlamətləri:
•Qeyri-müntəzəm və ya güclü menstruasiyalar
•Cinsi əlaqə sonrası qanama
•Sonsuzluq və implantasiya problemləri
•Qarnın aşağı hissəsində ağırlıq hissi
•Ara qanaxmalar
Poliplər necə aşkar olunur?
Transvaginal USM (ultrasəs müayinəsi)
Ginekoloji baxış
Histeroskopiya – ən dəqiq və effektiv müayinə metodu
Cərrahi Müalicə üsulu:
Histeroskopik polipektomiya – uşaqlıq daxilinə xüsusi kamera və cihazlarla daxil olunaraq, polip birbaşa vizual nəzarətlə tam çıxarılır.
Bu üsul həm diaqnostik, həm də müalicəvi xarakterlidir – minimal invaziv, çapıqsız və sürətli sağalma ilə müşayiət olunur.
Üstünlüklər:
•Qanaxmaların və menstrual pozğunluqların aradan qalxması
•Hamilə qalma şansının artması
•Polipin tam və izsiz çıxarılması
•Gələcəkdə təhlükələrin qarşısının alınması
Dr.Fəxrəndə Rəsulova – histeroskopik polipektomiya sahəsində müasir yanaşma tətbiq edən, yüksək dəqiqliklə və peşəkar qayğı ilə çalışan təcrübəli ginekoloqdur. Xəstəxana şəraitində, ağrısız və steril prosedurla poliplər təhlükəsiz şəkildə çıxarılır.
Əgər sonsuzluq, qanaxma və ya narahatlıq hiss edirsinizsə – bu polip ola bilər. Ertələməyin, sağlamlığınızı nəzarətdə saxlayın!
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
