Vaginoplastika nədir? Kimlər üçün uyğundur və əməliyyatdan sonra hansı nəticələr əldə olunur?

Müəllif: Dr. Fəxrəndə Rəsulova – Cərrah, Mama-Ginekoloq, Estetik Ginekoloq
Vaginoplastika nədir?
Doğuş, yaşlanma, hormonal dəyişikliklər və s. səbəblər nəticəsində vaginal kanalın elastikliyi və tonusu zəifləyə bilər. Bu dəyişikliklər bəzi xanımların intim həyat keyfiyyətinə, özünəinam hissinə və gündəlik komfortuna mənfi təsir göstərə bilər.
Vaginoplastika genişlənmiş vaginal kanalın cərrahi yolla daraldılması və zəifləyən toxuma və əzələlərin bərpasına yönəlmiş estetik-ginekoloji əməliyyatdır. Məqsəd yalnız estetik görünüşü yaxşılaşdırmaq deyil, eyni zamanda vaginal funksiyanı bərpa etmək və pasiyentin həyat keyfiyyətini artırmaqdır.
Vaginoplastika nədir?
Vaginoplastika vaginın anatomik quruluşunun bərpasını hədəfləyən cərrahi əməliyyatdır.
Əməliyyat zamanı genişlənmiş toxumalar korreksiya edilir, sallanmış vaginanın ön, arxa divarları möhkəmləndirilir və ehtiyac olduqda çanaq dibi əzələləri də bərpa olunur. Bu, vaginal tonusun və elastikliyin yenidən formalaşmasına kömək edir. Nəticə olaraq da ön divar sallanması (sistoseli) və arxa divar sallanması (rektoseli) aradan qalxır və uşaqlıq yolunun sallanması bərpa olunur. Bununla da xanımların arzuladığı maksimum darlıq təmin edilmiş olur.
Bəzi hallarda əməliyyat levatoroplastika (çanaq dibi əzələlərinin bərpası), labioplastika və ya sidik qaçırmanın aradan qaldırılması üçün (TOT) əməliyyatıda birlikdə icra oluna bilər.
Vaginoplastika hansı hallarda tövsiyə olunur?
Vaginoplastika aşağıdakı hallarda uyğun seçim ola bilər:
- Doğuşdan sonra vaginal genişlənmə olduqda
- İntim yaxınlıq zamanı hissiyat azaldıqda
- Orqazm əldə etməkdə çətinlik yarandıqda
- Çanaq dibi əzələlərinin zəifləməsi müşahidə olunduqda
- Sidik qaçırma, qəbizlik və s. çanaq orqanlarının sallanması ilə bağlı problemlər olduqda
- Estetik və funksional narahatlıq yaşayan qadınlarda
Əməliyyatın uyğunluğu yalnız ginekoloqun müayinəsindən sonra müəyyən edilir.
Vaginoplastikanın üstünlükləri
Düzgün planlaşdırılmış əməliyyat aşağıdakı üstünlükləri təmin edə bilər:
- Vaginal kanalın anatomik sərhədlər daxilində daraldılması
- Vaginal tonusun və elastikliyin bərpası
- İntim yaxınlıq zamanı hissiyatın artması
- Çanaq dibi əzələlərinin gücləndirilməsi
- Özünəinam və psixoloji rahatlığın yüksəlməsi
- Uşaqlıq yolu sallanmasının yaratdığı sidik qaçırmanın və qəbizliyib bərpası
- Estetik və funksional nəticələrin birlikdə əldə olunması
Əməliyyatın nəticələri həkimin peşəkarlığından və tətbiq olunan cərrahi metoddan asılı olaraq dəyişə bilər.
Levatoroplastika niyə vacibdir?
Doğuş zamanı yalnız vaginal kanal deyil, onu dəstəkləyən çanaq dibi əzələləri də zəifləyə bilər.
Levatoroplastika zamanı bu əzələlər bərpa edilir və gücləndirilir. Bu isə vaginal kanalın daha möhkəm dəstəklənməsinə, funksional nəticələrin yaxşılaşmasına və uzunmüddətli stabilliyə kömək edə bilər.
Bəzi pasiyentlərdə bu prosedur vaginoplastika ilə birlikdə icra olunur.
Əməliyyatdan sonra hansı nəticələr gözlənilir?
Uğurlu əməliyyatdan sonra aşağıdakı dəyişikliklər müşahidə oluna bilər:
- Vaginal kanalın daralması
- Vaginal tonusun və elastikliyin artması
- İntim münasibət zamanı hissiyatın yaxşılaşması
- Cinsi əlaqə zamanı yaranan xoşagəlməz səslərin aradan qalxması
- Sidik qaçırma şikayətlərinin azalması və ya tamamilə bərpa olması
- Psixoloji rahatlıq və özünəinamın yüksəlməsi
Əməliyyat necə həyata keçirilir?
Əməliyyatın müddəti görüləcək prosedurların həcmindən asılı olaraq adətən 1–2 saat arasında dəyişə bilər.
Əməliyyat spinal anesteziya ilə icra oluna bilər. Bu zaman pasiyent ayıq olur, lakin ağrı hiss etmir.
Əgər eyni zamanda labioplastika və ya digər estetik-ginekoloji əməliyyatlar planlaşdırılırsa, əməliyyat müddəti uzana bilər.
Sağalma dövrü necə keçir?
Əksər hallarda pasiyent növbəti gün evə buraxılır.
Sağalma dövründə aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:
- İlk həftə oturmamaq və ağır yük qaldırmamaq
- Gigiyena qaydalarına riayət etmək
- Həkimin təyin etdiyi müayinələrə vaxtında gəlmək
- Təxminən 6 həftə ərzində cinsi əlaqədən uzaq qalmaq
Tam sağalma müddəti hər pasiyentdə fərqli ola bilər.
Tez-tez verilən suallar
Vaginoplastikanın nəticəsi qalıcıdırmı?
Əməliyyatın nəticələrinin qalıcılığı həkimin peşəkarlığından, istifadə olunan cərrahi texnikadan, toxumaların vəziyyətindən və pasiyentin sonrakı həyat tərzindən asılıdır. Daxildən də tam bərpa etdildiyi üçün, bizim icra etdiyimiz vaginoplastika əməliyyatının nəticələri qalıcıdır.
Əməliyyat ağrılıdırmı?
Əməliyyat anesteziya altında icra olunur. Əməliyyatdan sonra ümumiyyətlə ağrı olmur. Evə yola salınan zaman ağrıkəsici belə təyin edilmir.
Neçə gün sonra işə qayıtmaq olar?
Bu müddət görülən əməliyyatın həcmindən və pasiyentin sağalma sürətindən asılıdır. Bir çox pasiyent təxminən bir həftədən sonra gündəlik fəaliyyətinə qayıda bilir.
Cinsi həyata nə vaxt qayıtmaq olar?
Adətən təxminən 6 həftədən sonra, həkim müayinəsindən sonra icazə verilir.
Nə vaxt həkimə müraciət etməlisiniz?
Aşağıdakı hallarda estetik ginekoloqun konsultasiyası tövsiyə olunur:
- Doğuşdan sonra vaginal genişlənmə hiss edirsinizsə
- İntim yaxınlıq zamanı hissiyat azalıbsa
- Cinsi əlaqə zamanı boşluq hissi yaranıbsa
- Sidik qaçırma problemi yaşayırırsınızsa
- Qəbizlik və ya defikasiya aktı zamanı əllə özünüzə kömək etmə məcburiyyətində qalırsınızsa
- Estetik və funksional narahatlıq hiss edirsinizsə
Nəticə
Vaginoplastika həm estetik, həm də funksional məqsədlə həyata keçirilən müasir estetik-ginekoloji əməliyyatlardan biridir. Düzgün seçilmiş cərrahi üsul və fərdi yanaşma sayəsində uşaqlıq yolunun sallanmasının bərpası, vaginal tonusun bərpası, intim həyatın keyfiyyətinin yaxşılaşması və qadının özünəinamının artması mümkündür. Əməliyyatın sizin üçün uyğun olub-olmadığını müəyyən etmək üçün mütləq ginekoloq müayinəsi lazımdır.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
