Hudoplastika nədir? Klitoral estetik əməliyyat haqqında bilməli olduqlarınız

Hudoplastika nədir? Klitoral estetik əməliyyat haqqında bilməli olduqlarınız

Müəllif: Dr. Fəxrəndə Rəsulova – Cərrah, Mama-Ginekoloq, Estetik Ginekologiya

Hudoplastika nədir?

Klitoral bölgədə artıq dəri toxumasının olması bəzən xanımlarda estetik görünüşündə narahatlıq yaradır, bəzən isə cinsi həyata mənfi təsir edərək, hissiyatın azalmasına səbəb ola bilər. Hudoplastika əməliyyatı – klitorun üzərini örtən artıq dəri losqutunun incə şəkildə korreksiya edilərək kəsilib götürülməsini təmin edən estetik-ginekoloji əməliyyatdır.

Bu yazıda hudoplastikanın nə olduğu, kimlər üçün uyğun olduğu, üstünlükləri və əməliyyatdan sonra gözlənilən nəticələr haqqında məlumat veriləcək.

Hudoplastika nədir?

Hudoplastika (Clitoral Hood Reduction) klitorun üzərini örtən artıq dəri qatının estetik və funksional məqsədlə korreksiya edilməsidir.

Klitor xanımların cinsi hissiyatında mühüm rol oynayan həssas anatomik strukturdur. Bəzi qadınlarda onu örtən dəri təbəqəsi normadan artıq ola bilər. Bu isə klitoral nahiyənin stimulyasiyasını azalda və estetik görünüşdə narazılıq yarada bilər.

Hudoplastikanın məqsədi:

  • Klitoral bölgəni daha açıq və funksional vəziyyətə gətirmək
  • Cinsi hissiyatı artırmağa kömək etmək
  • ⁠İdmanla məşqul olan zaman və dar iç geyimləri geyinildiyində yaranan diskomfortu aradan qaldırmaq
  • Estetik görünüşü yaxşılaşdırmaq
    Pasiyentin özünəinamını artırmaq

Hudoplastika hansı üstünlükləri təmin edir?

Əməliyyatdan sonra bir çox pasiyent aşağıdakı müsbət dəyişiklikləri özündə qeyd edir:

  • Orqazma çatma daha asan ola bilər
  • Cinsi hissiyat arta bilər
  • Klitoral bölgənin üzərini örtən artıq dəri korreksiya edilir
  • Daha estetik və simmetrik görünüş əldə edilir
  • Özünəinam yüksəlir

Qeyd etmək lazımdır ki, əməliyyatın nəticələri hər pasiyentin anatomik quruluşundan və istəyindən asılı olaraq individual yanaşılır.

Hudoplastika kimlər üçün uyğundur?

Bu əməliyyat aşağıdakı hallarda tövsiyə oluna bilər:

  • Klitoru örtən artıq dəri səbəbindən hissiyatın azalması olarsa
  • Dar alt geyimləri geyinərkən narahatlıq və sürtünmə hissi yaranarsa
  • Orqazm zamanı çətinlik yaşanarsa
  • Estetik görünüşdən narazılıq olarsa
  • Labioplastika və ya vaginoplastika ilə birlikdə daha gözəl nəticə əldə etmək istəyənlər üçün

Əməliyyat qərarı mütləq həkim konsultasiyasından sonra verilməlidir.

Hudoplastika necə həyata keçirilir?

Hudoplastika estetik-ginekoloji əməliyyatdır və artıq dəri toxumasının xüsusi cərrahi texnika ilə çıxarılması yolu ilə icra edilir.

Əməliyyat zamanı məqsəd klitorun özünə toxunmadan yalnız onu örtən artıq dəri toxumasını korreksiya etməkdir. Bu səbəbdən əməliyyat həm funksional, həm də estetik nəticə verməyə yönəlib.

Sağalma dövrü necə keçir?

Sağalma müddəti individual olaraq dəyişə bilər.

Adətən pasiyent:

  • Həkimin tövsiyələrinə əməl etməlidir
  • Gigiyena qaydalarına diqqət yetirməlidir
  • Müəyyən müddət cinsi əlaqədən uzaq qalmalıdır
  • Kontrollarına vaxtında gəlməlidir

Sağalma prosesi düzgün aparıldıqda nəticələr tam istədiyiniz kimi olur.

Tez-tez verilən suallar
Hudoplastika ağrılı əməliyyatdır?

  • Əməliyyat venadaxili sedasiya ilə icra olunur.

Hudoplastika cinsi hissiyatı artırırmı?

  • Klitorun üzərini örtən artıq dəri aradan qaldırıldığı üçün bəzi qadınlarda cinsi hissiyatın artması müşahidə oluna bilər.

Hudoplastika labioplastika ilə birlikdə icra oluna bilərmi?

  • Bəli. Bu iki əməliyyat çox vaxt birlikdə icra olunur və daha harmonik estetik nəticə əldə etmənizi təmin edir.

Nə vaxt həkimə müraciət etməlisiniz?
Aşağıdakı hallardan biri sizi narahat edirsə, estetik ginekoloqun konsultasiyası faydalı ola bilər:

  • Klitoral bölgədə artıq dəri mövcuddursa
  • Cinsi həyat zamanı hissiyatın zəif olduğunu düşünürsünüzsə
  • Dar alt geyimləri narahatlıq yaradırsa
  • Estetik görünüş sizi qane etmirsə
  • Labioplastika və ya digər estetik əməliyyat və prosedurlar planlaşdırırsınızsa

Nəticə

Hudoplastika yalnız estetik görünüşü yaxşılaşdırmağa deyil də, eyni zamanda bəzi qadınlarda komfortun və cinsi həyat keyfiyyətinin artmasına da kömək edə bilən müasir estetik-ginekoloji əməliyyatdır. Əməliyyatın sizin üçün uyğun olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsi vacibdir.

✨ Hər qadının anatomik quruluşu fərqlidir. Buna görə də #hudoplastikanın uyğun olub-olmaması və gözlənilən nəticə yalnız həkim müayinəsindən sonra qiymətləndirilir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04