#Vaginal quruluq

#Vaginal quruluq müxtəlif yaş dövrlərində rast gəlinə bilən bir vəziyyətdir. Lakin xüsusilə 40 yaşdan sonra hormonal dəyişikliklərlə birlikdə daha çox müşahidə olunur.

Bir çox qadınlar bu dəyişiklikləri hiss etdikcə özünəinamını itirir, qadınlığının əvvəlki kimi olmadığını düşünür. Halbuki bu həll edilə bilən tibbi bir vəziyyətdir.

Vaginal quruluğun səbəbləri arasında hormonal dəyişikliklər (xüsusilə menopauza və perimenopauza), doğuşdan sonrakı dövr, ana südü ilə qidalanma, bəzi dərmanlar, stress və digər tibbi amillər yer ala bilər.

Müasir ginekologiyada bu problemin həlli üçün fərdi yanaşmalar mövcuddur. Müayinədən sonra uyğun pasiyentlərdə lazer, PRP, hialuron turşusu əsaslı tətbiqlər və lazım gəldikdə hormonal və ya qeyri-hormonal müalicə üsulları seçilə bilər. Hansı metodun uyğun olması yalnız həkim qiymətləndirməsindən sonra müəyyən edilir.

💢Unutmayın, qadın sağlamlığı və həyat keyfiyyəti yaşla məhdudlaşmır. Vaxtında müraciət etməklə həm fiziki rahatlığınızı, həm də özünəinamınızı yenidən qazana bilərsiniz.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04