#Bakterial vaginoz sadəcə adi axıntı deyil!

Çox vaxt qadınlar xoşagəlməz qoxunu və ya ifrazatı göbələk infeksiyası hesab edib özbaşına müalicəyə başlayır. Halbuki səbəb çox vaxt #bakterial vaginoz olur.

#Bakterial vaginoz vaginal mikrofloranın pozulması nəticəsində yaranır və ən çox boz-ağ rəngli ifrazat, “balıq qoxusuna” bənzər xoşagəlməz qoxu ilə özünü göstərə bilər. Müalicə olunmadıqda təkrarlana, həyat keyfiyyətini azalda və bəzi hallarda ginekoloji ağırlaşmaların riskini artıra bilər.

🩺Dəqiq diaqnoz və düzgün müalicə üçün mütləq ginekoloq müayinəsi vacibdir. Özbaşına dərman qəbul etmək əvəzinə, problemin əsl səbəbini müəyyənləşdirmək sağlamlığınızı qorumağın ən doğru yoludur.

💙 Sağlamlığınızı qeydinə qalmağını gecikdirməyin, özünüzə qayğı göstərin.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04