#Vaginal infeksiyalar qadınlarda ən çox rast gəlinən problemlərdən biridir və vaxtında təyin edildiyində, narahatlıq və ağırlaşmaların qarşısını almaq mümkündür.

Əsas şikayətlər:
•Qoxulu və rəngli ifrazat (yaşıl, sarı, boz və s.)
•Qaşınma, yanma hissi
•Cinsi əlaqə zamanı ağrı
•Xoşagəlməz qoxu
🩺Bir çox qadın vaginal infeksiyaları eyni hesab edir. Halbuki, bu infeksiyaların növü və müalicə taktikası fərqli ola bilər.
🔹 Cinsi yolla keçməyən #vaginal infeksiyalar
(daha çox rast gəlinir)
- #Kandidoz (göbələk)
- #Bakterial vaginoz
Buna səbəb olan:
– Hormonal dəyişikliklər
– Antibiotik istifadəsi
– Gigiyena balansının pozulması
➡️ Cinsi əlaqə olmasa belə yarana bilər
🔸 Cinsi yolla keçən infeksiyalar
(daha ciddi yanaşma tələb edir)⤵️
- Xlamidiya
- Qonoreya
- HPV
- Trixomoniaz
⚠️ Bu infeksiyalar:
– Cinsi əlaqə ilə ötürülür
– Bəzən simptomsuz gedə bilər
– Müalicə olunmadıqda ağırlaşmalara səbəb ola bilər
❗ Necə təyin edək?
Təəssüf ki, yalnız simptomlara baxaraq dəqiq fərqləndirmək mümkün deyil.
👩🏻⚕️Doğru yanaşma:
- Özbaşına dərman istifadə etməyin
- Şikayət olduqda mütləq həkimə müraciət edin
- Lazımi analizlərlə düzgün diaqnoz qoyulur
💢Unutmayın:
Qadın sağlamlığında ifrazatlar normanın göstəricisi də ola bilər, anormalın da! Əlamətlərə laqeyd yanaşmayın – sağlamlığınıza sahib çıxın!
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
