#Sidik qaçırma problemi bir çox qadının gündəlik həyat keyfiyyətini aşağı salır.

Asqırarkən, ösgürərkən, gülərkən və ya ani hərəkətlər zamanı baş verən bu vəziyyət, çox zaman “normaldır” deyə qəbul edilir və ya gizlədilir. Halbuki, bu problemin effektiv və müasir həll yolu var.
Onlardan biri də minimal invaziv üsullardan sayılan #TOT əməliyyatıdır.
#TOT əməliyyatı sidik qaçırmanın aradan qaldırılmasına yönəlmiş, qısa müddətli və gündəlik həyata tez qayıtmağa imkan verən müasir cərrahi üsuldur.
#TOT əməliyyatı zamanı sidik kanalı altından xüsusi insan toxumasına yaxın tor (setka) yerləşdirilir. Bu tor sidik kanalını fizioloji vəziyyətdə saxlayır, sidik kanalına dəstək verir, qarındaxili təzyiq artdıqda sidiyin axmasına mane olur, istəmədən sidik qaçırmanın qarşısını alır. #TOT əməliyyatı minimal invaziv cərrahi üsuldur.
Unutmayın, bu problemi “normal” qəbul etmək məcburiyyətində deyilsiniz. Düzgün yanaşma və vaxtında müraciət ilə həyat keyfiyyətinizi bərpa etmək mümkündür.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
