Uşaqlıq sallanması (prolaps) – Nə zaman əməliyyat gərəkir?

Əziz xanımlar,
Uşaqlıq sallanması çanaq dibi əzələlərinin və bağ aparatının zəifləməsi nəticəsində uşaqlığın aşağı doğru yer dəyişməsidir. Bu hal təkcə yaşlı xanımlarda deyil, doğuş keçirmiş və ya ağır fiziki işlə məşğul olan qadınlarda da rast gəlinə bilər.

🔎 Səbəblər nələrdir?

  • Çoxsaylı və ya çətin doğuşlar
  • Böyük çəkili dölün doğumu
  • Menopauza dövründə hormonların azalması
  • Xroniki qəbizlik
  • Artıq çəki və ya arıqlamaq
  • Ağır fiziki iş və ya davamlı ağır yük qaldırma
  • Çanaq dib əzələlərinin zəifliyi

⚠️ Hansı hallarda əməliyyat icra olunur?

  • Vaginal nahiyədə ağırlıq və ya təzyiq hissi
  • Əl ilə hiss olunan sallanma
  • Sidik saxlamada çətinlik
  • Cinsi əlaqə zamanı dikomfort
  • Bel və qasıq ağrıları

🩺 Əməliyyat necə aparılır?
Mən belə hallarda mərhələli və anatomik bərpa prinsipinə əsaslanıram:

✔️ Ön və Arxa kolporafiya – Vaginanın ön və arxa divarın bərpası
✔️ Levatoroplastika – Çanaq dib əzələlərinin möhkəmləndirilməsi
✔️ Pereneoplastika – aralığın bərpası və kosmetik tikişlə çapıq düşən sahənin tam estetik bərpası

Bu əməliyyatın məqsədi çanaq orqanlarının normal anatomik vəziyyətini bərpa etmək, sidik qaçırmamıbərpa etmək, intim komfortu yaxşılaşdırmaq və xanımların həyat keyfiyyətini artırmaqdır.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04