Bartolinit nədir?

Bu gün sizinlə tez-tez rast gəlinən, amma çox vaxt utanıldığı üçün gec müraciət edilən #BARTOLİNİT haqqında danışmaq istəyirəm.

👩🏻‍⚕️#Bartolinit nədir?

#Bartolinit – uşaqlıq yolunun giriş hissəsində yerləşən #Bartolin vəzilərinin iltihabıdır. Bu vəzilər normalda ifrazat vasitəsilə həmin nahiyənin nəmlənməsini təmin edir. İltihab olduqda isə vəzinin axacağı tutulur və içəridə maye toplanaraq şişkinlik və ağrı yaradır.

🩺Əlamətləri nələrdir?

🔹Uşaqlıq yolunun bir tərəfində ağrılı şişkinlik
🔹Oturarkən və ya yeriyərkən narahatlıq
🔹Bəzən hərarət
🔹Cinsi əlaqə zamanı ağrı

İlkin mərhələdə kiçik və ağrısız ola bilər. Amma infeksiya qoşulduqda sürətlə böyüyə və güclü ağrı verə bilər.

Nə etməli?

Ən vacib məqam:
❗ Özbaşına antibiotik qəbul etməyin.
❗ Şişkinliyi sıxmağa və ya partlatmağa çalışmayın.

Vaxtında müraciət olunarsa dərman müalicəsi kifayət edir.
Abses formalaşdıqda isə kiçik cərrahi müdaxilə tələb oluna bilər. Bu, qorxulu əməliyyat deyil və düzgün icra edildikdə tez sağalma ilə nəticələnir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04