HPV MÜALİCƏSİNDƏ ŞİTAKİ GÖBƏLƏYİNİN (AHCC) ROLU

HPV (İnsan Papilloma Virusu) qadın reproduktiv sağlamlığı üçün ciddi təhlükə yarada bilən viruslardandır. Bu virusun bəzi növləri zamanla uşaqlıq boynu xərçəngi kimi ağır xəstəliklərə səbəb ola bilər. Müalicədə ən son yanaşmalardan biri isə təbii mənşəli bir maddə olan AHCC-dir.

💊AHCC nədir?
AHCC (Active Hexose Correlated Compound) — Şitaki göbələyindən alınan təbii bir ekstraktdır. Bu maddə uzun illərdir Yaponiyada istifadə olunur və son illərdə HPV müalicəsində də diqqət çəkməyə başlayıb.

AHCC-nin HPV-yə qarşı təsiri
Elmi araşdırmalara əsasən:
🔹AHCC İmmunitet sistemini gücləndirir, T-limfositlərin və təbii killer hüceyrələrinin fəaliyyətini artırır;
🔹Bədənin HPV virusunu təmizləmə gücünü artırır;
🔹Uzunmüddətli və mütəmadi istifadə zamanı virusun bədəndən atılmasına kömək edə bilər.

AHCC dərman deyil!
☝🏻Unutmayın ki, AHCC tibbi preparat deyil, bu bir qida əlavəsidir. Ona görə də həkim nəzarətində, fərdi qiymətləndirmə əsasında istifadə olunmalıdır.

Əgər sizdə HPV virusu aşkarlanıbsa, və ya pap-smear, kolposkopiya, CİN, LEEP və ya biopsiya kimi müdaxilələrə ehtiyacınız varsa, vaxt itirmədən peşəkar ginekoloqa müraciət edin. Müasir yanaşma və təbii dəstək üsullarından birgə istifadə, müalicənin effektivliyini artırır.

📍 Dr. Fəxrəndə Rəsulova, HPV diaqnozu və müalicəsi sahəsində böyük təcrübəyə malikdir və pasiyentlərinə fərdi yanaşma ilə dəstək göstərir.

Ətraflı məlumat və konsultasiya üçün elə indi Dr. Fəxrəndə Rəsulova ilə əlaqə saxlayın.

📞 +994 70 960 90 04