Ginekoloji sağlamlıq yalnız müayinələrlə deyil, gündəlik vərdişlərlə də qorunur. Xüsusilə alt paltarı seçimi və gigiyenası qadın sağlamlığında böyük rol oynayır.

Nələrə diqqət etməlisiniz?
🔸 Alt paltarınız pambıq və nəfəsalan materialdan olmalıdır
🔸 Gündəlik dəyişdirilməli, mümkün olduqda ütülənmiş geyinilməlidir
🔸 Gündəlik pedlər mütləq istifadə olunmamalı, istifadədə isə 2-3 saatdan bir dəyişdirilməlidir
🔸 Yatarkən rahat, dar olmayan alt paltarı geyinmək daha doğrudur
Paltaryuyan maşınla yuma qaydası:
Bir çox xanım alt paltarlarını ümumi paltarlarla birlikdə yuyur. Lakin bu, gigiyenik baxımdan düzgün deyil. Alt paltarlarını ayrıca və xüsusi gigiyena ilə yumaq tövsiyə olunur.
❣️ Ginekoloqun tövsiyələrinə əməl etməklə, özünüzü infeksiyalardan və narahatlıqlardan qoruya bilərsiniz.
Ətraflı məlumat və konsultasiya üçün elə indi Dr. Fəxrəndə Rəsulova ilə əlaqə saxlayın.
