Hər sağlam körpənin arxasında peşəkar nəzarət dayanır.
Hamiləlik zamanı ana və körpənin sağlamlığının qorunması üçün rutin müayinələr mütləq şəkildə aparılmalıdır. Bu müayinələr həm inkişaf mərhələlərinin düzgün getdiyini göstərir, həm də hər hansı riskli vəziyyətləri vaxtında aşkar etməyə imkan verir.
Dr. Fəxrəndə Rəsulovanın müşayiəti ilə aparılan müasir cihazlarla USM müayinələri, dəqiq laborator analizlər və fərdi hamiləlik izləmə planı – Sizə tam güvən verəcək.

Hamiləlik dövründə nə müayinələr edilir?
•Rutin ultrasəs (USM): dölün ölçüləri, inkişaf səviyyəsi, ürək döyüntüsü və anatomiya
•Qan analizləri: hemoqlobin, şəkər, laxtalanma, infeksiyalar (TORCH, Hepatit B-C, sifilis, HIV)
•Sidik analizi: zülal, infeksiya, böyrək funksiyaları
•Dölün inkişaf göstəriciləri: baş çevrəsi, qarın həcmi, amnion mayesi, plasentanın vəziyyəti
•İxtisaslaşmış testlər: ikili və ya üçlü test, genetik analizlər (lazım olduqda)
Bu nəzarət niyə vacibdir?
•Ana və körpədə problemlərin erkən aşkarlanması və qarşısının alınması
•Riskli hamiləliklərin düzgün idarə olunması
•Doğuşun düzgün planlaşdırılması üçün müxtəlif göstəricilərin qiymətləndirilməsi
•Anaya rahatlıq və güvən hissi verərək, psixoloji sabitliyin dəstəklənməsi
Unutmayın: “Gözəl bir doğuş – sağlam və daim nəzarət olunan bir hamiləliklə başlayır.”
Siz də bu yolda yalnız deyilsiniz – Dr. Fəxrəndə Rəsulova Sizin və körpənizin sağlamlığını addım-addım izləyir.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
