Hamiləliyinizdə risk varsa – tək deyilsiniz, peşəkar dəstək yanınızdadır!
Bəzi hallarda hamiləlik zamanı anada və ya dölün inkişafında müəyyən risk faktorları aşkarlana bilər. Bu tip hamiləliklər “riskli hamiləlik” kimi tanınır və daha intensiv nəzarət, mütəmadi müayinələr və xüsusi yanaşma tələb edir.

Dr. Fəxrəndə Rəsulova bu mərhələdə Sizə tam təhlükəsiz, fərdi və güvənli tibbi nəzarət təqdim edir. Təcrübəli komandası ilə hər addımda yanınızdadır!
Hansı hallarda hamiləlik riskli sayılır?
•Qan təzyiqi yüksəkliyi (hipertoniya)
•Şəkərli diabet və gestasion diabet
•Anemiya və qanın laxtalanma problemləri
•Genetik və ya doğuş anomaliyəsi riski
•Yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
•Əvvəlki düşük, vaxtından əvvəl doğuş, keysəriyyə və ya ölü doğum
•Çoxdöllü hamiləlik (əkizlər, üçəm və s.)
•İnfeksiya və autoimmun xəstəliklər fonunda hamiləlik
Riskli hamiləliklərdə nəzarət necə aparılır?
•Daha sıx aralıqlarla USM və laborator müayinələr
•Dölün hərəkət və ürək döyüntüsünün izlənməsi
•Qan təzyiqi, şəkər və bədən çəkisinin nəzarəti
•Müxtəlif ixtisas sahələri ilə koordinasiyalı yanaşma (kardioloq, endokrinoloq və s.)
•Psixoloji dəstək və informasiya dəstəyi
Unutmayın: Risk varsa, bu hamiləlikdən vaz keçmək demək deyil!
Doğru mütəxəssis və düzgün nəzarət ilə hər risk aradan qaldırıla bilər.
Dr. Fəxrəndə Rəsulova ilə hamiləliyinizi güvən içində izləyin, hər anınıza elmi, diqqətli və insani yanaşma ilə dəstək olun!
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
