HPV-nin təhlükəsi ondadır ki, bir çox hallarda əlamətsiz keçir!
İnsan papilloma virusu (HPV) cinsi yolla yoluxan viruslar arasında ən yayılmış və eyni zamanda ən gizli xəstəliklərdən biridir. Bir çox qadın HPV daşıyıcısı olduğunu bilmədən uzun illər virusu daşıya və yayıla bilər.

HPV-yə yoluxduqdan 2 həftə və 2 il arasında simptomlar özünü göstərə bilir. Lakin bir çox hallarda HPV simtomsuz olur. Xüsusən də, yüksək riskli HPV növləri (16, 18) simptomsuz olur. Bəzən öz-özünə sağalır, bəzən isə inkişaf edərək uşaqlıq boynunun displaziyası, ağır hallarda uşaqlıq xərçəngə qədər inkişaf edir.
Lakin bəzi hallarda xəbərdaredici simptomlar ortaya çıxır ki, bu zaman dərhal müayinəyə getmək vacibdir. Ən çox rast gəlinən əlamətlər:
✅Genital kondilomalar (papiloma): çox vaxt kiçik, ətə bənzər çıxıntılar şəklində ortaya çıxar. Bəzən tək, bəzən isə, bir qrup halında görülə bilir. Rəngli və ya cild rəngində ola bilir və ümumilikdə ağrısızdır, ancaq qaşınma və göynəmə hissi verə bilirlər.
✅Çox vaxt genital bölgədə quruluq, yanğı, göynəmə və həssaslıq və s.
Unutmayın:
HPV hər qadının qarşılaşa biləcəyi çox yayılmış bir infeksiyadır, lakin vaxtında aşkarlanarsa tam nəzarət altına alınır və xərçəng riskinin qarşısı alınır.
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən hər hansı biri varsa, gözləməyin – müayinəyə gəlin!
HPV Müalicə Mərkəzi – sağlam gələcək üçün doğru ünvandır.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
