HPV peyvəndi (Human Papilloma Virus əleyhinə vaksin) — qadın və kişilərdə HPV-nin yaratdığı uşaqlıq boynu, anal, vaginal və digər xərçəng növlərinin qarşısını almaq üçün ən effektiv qoruyucu vasitədir.
Peyvənd, xüsusilə uşaqlıq boynu xərçəngi ilə mübarizədə tibb elminin ən uğurlu nailiyyətlərindən biri sayılır. Dünya Səhiyyə Təşkilatı və bir çox inkişaf etmiş ölkələrin səhiyyə sistemləri HPV peyvəndini qadın sağlamlığının qorunmasında əsas profilaktik tədbir kimi qəbul edir.

HPV Peyvəndi hansı yaşda vurulmalıdır?
9-14 yaş: Ən ideal yaş aralığıdır. Bu yaşda 2 doza kifayət edir.
15-26 yaş: Peyvənd mümkündür, 3 dozada aparılır.
26 yaşdan yuxarı: Peyvənd həkim tövsiyəsi ilə aparıla bilər. HPV «pozitiv» olan şəxslər üçün də müəyyən qoruyucu təsiri qalır.
Qadınlar üçün xüsusilə evlilikdən öncə və ya cinsi həyata başlamazdan əvvəl peyvənd olunmaq tövsiyə olunur.
HPV Peyvəndi haqqında tez-tez verilən suallar
1. HPV peyvəndi təhlükəlidirmi?
Xeyr, tamamilə təhlükəsizdir. Minlərlə klinik araşdırma və on milyonlarla insan üzərində tətbiqi peyvəndin təhlükəsiz və effektiv olduğunu sübut edib.
2. HPV peyvəndi vurulduqdan sonra HPV-ə yoluxmaq mümkündürmü?
Peyvənd yalnız bəzi tiplərə qarşı qoruyur. Ona görə də, müntəzəm ginekoloji nəzarət və testlər yenə də vacibdir.
3. Peyvənd cinsi aktiv insanlara vurula bilərmi?
Bəli. HPV «pozitiv» olan şəxslərə də peyvənd vurula bilər — bu, orqanizmin əlavə tiplərə qarşı qorunmasına kömək edir.
HPV Müalicə Mərkəzində Peyvənd Xidməti
Dr. Fəxrəndə Rəsulovanın təşkil etdiyi HPV Müalicə Mərkəzi Azərbaycanda HPV peyvəndini rəsmi, təhlükəsiz və peşəkar şəkildə tətbiq edən ilk mərkəzlərdən biridir.
Peyvənd bizi müalicə sonrası təkrar yoluxmadan, uşaqlıq boynu xərçəngi, prekanseroz epitelial displaziya və kandilomaların (genital ziyillərin) yayılmasının qarşısının alınmasında demək olar ki, 100% qoruyur.
Qeyd: Mərkəzimizdə HPV-yə qarşı ən effektiv və məşhur peyvənd Amerika peyvəndi Gardasil tətbiq olunur. Gardasil peyvəndi virusun 4 potensial təhlükəli ştamına (16, 18, 6 və 11), üstəgəl daha 5 yüksək riskli ştammlara qarşı (31, 33, 45, 52 və 58) immunitetin formalaşmasına kömək edir.
Gələcəyinizi qorumaq üçün bu gün addım atın!
HPV peyvəndi – sadə, təhlükəsiz və həyati vacib bir qərardır.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
