CİN1 (Cervical Intraepithelial Neoplasia 1) – uşaqlıq boynunun epitel hüceyrələrində yüngül dərəcəli dəyişikliklər deməkdir. Bu dəyişikliklər adətən HPV virusunun təsiri ilə yaranır və xərçəngönü mərhələnin ilk pilləsi sayılır.

CİN1 xərçəng deyil! Bu vəziyyət çox zaman öz-özünə geriləyə bilər, lakin nəzarətsiz buraxıldıqda gələcəkdə daha ciddi dəyişikliklərə (CİN2, CİN3, hətta servikal xərçəng) səbəb ola bilər.
CİN 1 xərçıngönü xəstəlik olsa da, vaxtında aşgarlanıb düzgün müalicə taktikası seçildiyində sağalma ilə nəticələnir❗
Geriyə dönüşü olan dəyişiklikdir!
Uşaqlıq boynunun displaziyası, HPV “POZİTİV” olan pasyentlərdə, sıx rastlanan patalogiyalardandır. Uşaqlıq boynu epitelisində struktur dəyişikliyinə və atipik hüceyrələrin (xərçəngönü hüceyrələrin) yaranmasına deyilir.
İnkişaf mərhələsinə görə 3 tipə bölünür.
I dərəcə – CİN1 (L-SİL) ən “yüngül” hesab olunur və konservativ müalicəyə tabe olur. Displaziyanı CİN1 mərhələsində aşkarlamaq, xərçəngin inkişafının qarşısını alır❗
Qeyd: Əziz xanımlarımız, vaxtında həkimə müraciət edərək CİN2 (H-SİL) qarşısını ala bilriniz❗
CİN1 diaqnozu qoyulubsa, nə etməli?
Mərkəzimizdə CİN1 üçün tətbiq olunan YANAŞMA:
HPV tipinin müəyyən olunması
– Onkogen (yüksək riskli) tiplər varsa, müalicəyə başlanır.
İmmunitet gücləndirici terapiya
– Orqanizmin HPV ilə mübarizə qabiliyyətini artırmaq üçün.
Lokal müalicə vasitələri
– Uşaqlıq boynu səthinə təsir edən yerli preparatlar.
Kolposkopiya ilə mütəmadi izləmə
– Dəyişikliklərin dərəcəsi nəzarətdə saxlanılır.
Qidalanma və həyat tərzi tövsiyələri
– Faydalı qidalanma vacibdir. Siqaret, stress və zəif immunitet CİN1-in irəliləməsinə səbəb ola bilər.
Unutmayın:
CİN1 diaqnozu sizi qorxutmasın. Bu, sadəcə xəbərdarlıq siqnalıdır. Vaxtında və düzgün yanaşma ilə tam nəzarət altına almaq mümkündür və gələcək risklərin qarşısı alınır.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
