Kondilomalar və papilomalar – İnsan Papilloma Virusu (HPV) səbəbiylə yaranan dəri və selikli qişa üzərindəki xoşxassəli törəmələrdir. Onlar xüsusilə genital bölgədə görünür və qadınlarda narahatlıq, qaşınma, estetik problemlər yarada bilər.

Niyə təmizləmə vacibdir?
Törəmələr vaxtında müalicə edilməzsə, infeksiya yayılabilir və bəzən ağırlaşmalara səbəb ola bilər. Həmçinin, bəziləri onkoloji risk daşıya bilər.
Müalicə üsulları:
Krioterapiya (soyuq tətbiqi ilə dondurma)
Lazerlə çıxarılması – dəqiq və minimal invaziv üsul
Elektrokoter (elektrik cərəyanı ilə yandırma)
Kimyəvi üsullar
Fəxrəndə Rəsulova klinikasında ən müasir avadanlıq və təcrübə ilə kondiloma və papilomaların təhlükəsiz və ağrısız təmizlənməsi təmin edilir.
📍 Estetik narahatlıqlar və sağlamlığınız üçün vaxtında müalicə önəmlidir! Narahatlığınız varsa, gecikmədən həkimə müraciət edin!
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
