Əziz xanımlar, güldükdə, öskürdükdə və ya fiziki aktivlik zamanı #sidik qaçırma həm fiziki, həm də psixoloji narahatlıq yarada bilər. Bunun əsas səbəblərindən biri sidik kanalını dəstəkləyən toxumaların və çanaq dibi əzələlərinin zəifləməsidir.

# TOT əməliyyatı nədir?
#TOT (Transobturator Tape) sidik kanalına dəstək vermək və xüsusilə qarındaxili təzyiq artdıqda yaranan sidik qaçırmanın qarşısını almaq məqsədilə icra olunan minimal invaziv cərrahi üsuldur.
Güldükdə, asqırdıqda və ya qaçdıqda sidik qaçıran;
Doğuşdan sonra çanaq dibi əzələləri zəifləmiş;
Bu problemə görə həyat keyfiyyəti aşağı düşmüş;
Digər üsullarla nəticə əldə edə bilməyən xanımlar üçün uyğun ola bilər.
Əməliyyat müddəti – təxminən 20 dəqiqə
#Sidik qaçırmaq qadınlıq deyil, müalicə olunmalı bir problemdir! Əziz xanımlar, bu problemin normal olduğunu düşünərək susmayın. Vaxtında atılan addım rahatlığınızı, azadlığınızı və özünüzə inamınızı geri qazandırmağa kömək edə bilər.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
