#ESTETİK GİNEKOLOGİYADA FƏRQİMİZ — SİZƏ DƏYƏR VERƏN YANAŞMA!

Estetik ginekologiya yalnız görünüşə yönəlik bir dəyişiklik deyil — rahatlıq, özünəgüvən, sağlamlıq və həyat keyfiyyətinin yüksəlməsi deməkdir. Bu sahədə fərq yaratmaq isə yalnız texniki biliklə deyil, ürəklə işləməyi, empati və zərifliyi, eyni zamanda peşəkar cərrahi yanaşmanı özündə birləşdirən bir sənətdir.
Bizim FƏRQİMİZ nədədir?

Hər bir pasientə fərdi və qayğıkeş yanaşma
Hər pasiyentin quruluşu fərqlidir. Hər ehtiyac, hər narahatlıq yalnız Sizə məxsusdur. Məhz bu səbəbdən hər bir pasiyentimizə fərdi yanaşır, onu dinləyir, anlayır və ən uyğun planı birlikdə hazırlayırıq.

Təbiilik və simmetriyaya önəm veririk
Estetik əməliyyatlarda nəticə təbii görünməli, qadın özndı yadlıq deyil, rahatlıq hiss etməlidir. Bizim məqsədimiz Sizin öz gözəlliyinizi üzə çıxarmaqdır.

Əvvəllər başqa mərkəzlərdə aparılmış, nəticəsindən narazı qaldığınız estetik əməliyyatlar varsa — biz onların tam bərpasını peşəkarlıqla həyata keçiririk.

Bizim estetik ginekologiyada FƏRQİMİZ əməliyyatlarımızın nəticələrinin QALICILIĞIDIR. Bu da, bizim tətbiq etdiyimiz texnikaya bağlıdır.

Bizim etdiyimiz VAGİNOPLASTİKADAN sonra təkrar genişlənmə ilə üzləşmirsiniz.

Bizim etdiyimiz LABİOPLASTİKADAN sonra əməliyyatımızın üstünlüyü ondan ibarətdir ki, kəsilmiş nahiyənin izi qalmır. Estetik görünüşünü nəzərə alaraq kosmetik tikiş qoyulur və bu tikişin yeri 3-5 günə sağalır, 10 günə izi belə qalmır. Əməliyyatdan sonra ağrı olmur və maksimum estetik görünüşü təmin edirik.

Hətta Bakirə qızlarımız da, qorxmadan, rahatlıqla əməliyyat oluna bilərlər

Gələcəkdə ailə həyatı qurduqda belə, heç bir çapıq izi qalmadığı üçün onların əməliyyat olub, olmamaları heç bilinmir.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
