#Vaginal axıntı qadın reproduktiv sisteminin təbii müdafiə mexanizminin bir hissəsidir. Lakin rəngində, qoxusunda və ya miqdarında yaranan dəyişikliklər bəzən ginekoloji problemin əlaməti ola bilər.

🤍 Şəffaf və ya ağ rəngli olması adətən normal hesab olunur, xüsusilə qoxusuz və qaşınma yaratmırsa.
💛Sarı və ya 💚yaşıl rəngli olması infeksiya ehtimalını göstərə bilər. Xüsusilə xoşagəlməz qoxu, qaşınma və ya yanma ilə müşayiət olunursa.
🩶 Bozumtul rəngli #vaginal axıntının olması bakterial vaginoz zamanı rast gəlinə bilər və çox vaxt kəskin qoxu ilə müşahidə olunur.
🤎 Qəhvəyi rəngli #vaginal axıntının olması menstruasiyanın əvvəlində və ya sonunda köhnə qan səbəbindən müşahidə oluna bilər. Lakin səbəbsiz təkrarlanarsa, müayinə vacibdir.
❤️Qanlı axıntı isə menstruasiya ilə əlaqəli deyilsə və ya menopauzadan sonra baş verirsə, mütləq ginekoloq tərəfindən qiymətləndirilməlidir.
💢Qeyd: Özbaşına antibiotik və ya vaginal preparatlardan istifadə etmək düzgün yanaşma deyil. Dəqiq səbəbinin müəyyən edilməsi üçün ginekoloji müayinə və lazım gəldikdə laborator analizlər aparılmalıdır.
Qadın sağlamlığını qorumağın ən doğru yolu dəyişiklikləri vaxtında dəyərləndirmək və gecikmədən həkimə müraciət etməkdir.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
