#Endometrioz — yumurtalıqlarda, borularda, uşaqlıq yolunda və bəzən ətraf orqanlarda yaranan, hər menstruasiya zamanı daxilində qan toplanan kistadır. Zamanla bu qan tünd rəngli, şokoladabənzər mayeyə çevrildiyi üçün bu adla tanınır. Bu problem qadınlarda sonsuzluğun əsas səbəblərindən biri hesab olunur.

📌 Yaranma səbəbləri:
- Hormonal disbalans
- Genetik meyillilik
- Retroqrad menstruasiya (aybaşı qanının geriyə axması)
- İmmunitet sisteminin zəif reaksiyası
- Çanaq daxili iltihabi proseslər
⚠️ Əlamətləri:
- Güclü menstrual ağrılar
- Uzun və ağrılı aybaşı
- Cinsi əlaqə zamanı ağrı
- Bağırsaq və sidik ifrazı zamanı narahatlıq
- Sonsuzluq riski
- Menstrual pozğunluqlar
❗ Vacib qeyd: Gec diaqnoz endometriozun bağırsaq, sidik kisəsi və s. orqanlara yayılmasına və reproduktiv funksiyanın zədələnməsinə səbəb ola bilər. Erkən aşkarlama isə həm sağlamlığı, həm də gələcək analıq şansını qoruyur.
👩⚕️ Biz hər pasiyentin vəziyyətinə uyğun fərdi diaqnostika və müalicə planı təqdim edirik.
📩 Əziz xanımlarımız, əgər əlamətləri hiss edirsinizsə, vaxt itirmədən mütəxəssis müayinəsinə yazılın — erkən addım ən doğru qərardır.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
