Dermoid kist (teratoma) nədir?
Dermoid kista, tibbi dildə teratomalar, qadın yumurtalıqlarında rast gəlinən xoşxassəli şişlərdir. Bu kistaların içərisində bəzən saç, dırnaq, yağ, sümük, dəri və hətta diş kimi toxumalar da ola bilər. Bu, onların embrional mənşəli olmasından qaynaqlanır.

Kimlərdə rast gəlinir?
Dermoid kistlər əsasən 20-30 yaş arası qadınlarda aşkarlanır. Hər 10 qadından birində bu kista hər iki yumurtalıqda və ya tək tərəfdə inkişaf edə bilər.
Simptomları nələrdir?
Çox vaxt heç bir əlamət vermədən inkişaf edir və təsadüfi müayinə zamanı aşkar olunur.
Nadir hallarda isə aşağıdakı simptomlarla özünü göstərə bilər:
- Qasıq nahiyəsində ağrı
- Kistanın böyüməsi və partlaması ilə ani qarın ağrısı
- Daxili qanaxma və təcili tibbi müdaxilə ehtiyacı
Dermoid kist xərçəngə çevrilə bilərmi?
Bu kistlər adətən xoşxassəli olur. Lakin menopauzadan sonra rast gəlinən dermoid kistlərdə xərçəng riski daha yüksək ola bilər.
Bu səbəblə menopauza dövründəki xəstələrdə daha diqqətli yanaşma tələb olunur.
Müalicə və əməliyyat
Əgər dermoid kist diaqnozu qoyulubsa, müalicə üsulu adətən laparoskopik və ya açıq əməliyyat yolu ilə kistanın çıxarılmasıdır. Cərrahi müdaxilədən sonra bu kistlərin təkrar yaranma riski olduqca azdır.
Nəticə
Dermoid kistlər ciddi narahatlıq yaratmasa da, uzunmüddətli problemlərin qarşısını almaq üçün erkən aşkarlanması və vaxtında müalicəsi vacibdir.
Ətraflı məlumat və konsultasiya üçün elə indi Dr. Fəxrəndə Rəsulova ilə əlaqə saxlayın.
