AĞRILI MENSTRUASİYA (DİSMENOREYA)- NORMAL DEYİL!

Dismenoreya – qadınlarda menstrual dövr zamanı baş verən ağrıların ümumi adıdır. Lakin bu ağrılar heç də hər zaman adi hal kimi qiymətləndirilməməlidir. Bəzən dismenoreya altında ciddi ginekoloji xəstəliklər gizlənə bilər.

Dismenoreyanın iki əsas növü vardır:
🔹 Birincili dismenoreya – adətən 30 yaşa qədər olan qadınlarda müşahidə olunur. Hormonların qeyri-sabitliyi və ya yüksək prostaglandin ifrazı səbəbindən yaranır.
🔹 İkincili dismenoreya – artıq reproduktiv orqanlarda yaranmış xəstəliklər fonunda baş verir. Bu tip ağrılar daha intensiv olur və menstrual dövrdən öncə başlayıb, daha uzun çəkə bilər.

İkincili dismenoreyaya səbəb olan əsas patologiyalar:
🔹Endometrioz
🔹Miomalar
🔹Uşaqlıq polipləri
🔹Uşaq daxili bitişmələr
🔹Adenomioz
🔹Kron xəstəliyi və ya sidik yolları infeksiyaları kimi digər sistemik problemlər
❗️Daimi və güclü menstrual ağrılar sizi narahat edirsə, vaxt itirmədən mama-ginekoloqa müraciət etməyiniz vacibdir.

Ətraflı məlumat və konsultasiya üçün elə indi Dr. Fəxrəndə Rəsulova ilə əlaqə saxlayın.

📞 +994 70 960 90 04