Yay Aylarında Ginekoloji Şikayətlər – Nədən Ehtiyatlı Olmalıyıq?
Yay fəsli – tətil, dəniz və günəşlə dolu xoş mövsümdür. Lakin isti hava şəraiti və gigiyenik risklərin artması bir çox ginekoloji problemlərin ortaya çıxmasına şərait yaradır. Bu səbəbdən yay aylarında qadın sağlamlığına xüsusi diqqət yetirilməlidir.

Niyə yayda bu şikayətlər artır?
🔹İsti hava və tərləmə,
🔹Hovuz və dəniz istifadəsi,
🔹Nəmiş və nizamlı dəyişdirilməyən alt geyim,
🔹Ortaq istifadə edilən gigiyenik məkanlar,
İmmunitetin zəifləməsi kimi faktorlar qadın orqanizmində mikrofloranın pozulmasına və infeksiyaların yaranmasına səbəb ola bilər.
Xüsusilə hovuzlardakı xlor, vaginanın faydalı bakteriyalarını məhv edərək mikrofloranı pozur. Nəticədə göbələk və digər infeksiyalar inkişaf edə bilər.
Ən çox rast gəlinən şikayətlər:
🔹Sidiyə tez-tez getmə və göynəmə
🔹Alt hissəsində ağrı və şişkinlik
🔹Bulanıq və pis qoxulu sidik
🔹Ağrılı və qaşıntılı ifrazat
🔹Vaginal quruluq və yanma hissi
🚨Bu simptomlar varsa, təxirə salmadan ginekoloqa müraciət edin. Çünki vaxtında müalicə olunmayan infeksiyalar xroniki hal ala və daha ciddi fəsadlara yol aça bilər.
Profilaktika üçün nə etməli?
🟢 Bol su için – bədəni nəmləndirmək vacibdir
🟢 Yaş paltarda uzun müddət qalmayın
🟢 Hovuz əvəzinə dənizə üstünlük verin
🟢 Dar sintetik geyimlərdən uzaq durun
🟢 Alt geyimi tez-tez dəyişdirin və pambıq parçalara üstünlük verin
🟢 pH balansını pozan sabun və məhsullardan istifadə etməyin
🟢 Gündəlik keyfiyyətsiz bezlərdən çəkinin
Vaxtında profilaktika və düzgün yanaşma ilə bütün bu problemlərin qarşısını almaq mümkündür.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
