Hormonal balans nədir?
Qadın orqanizmi olduqca həssas və hormonal sistemə bağlı bir mexanizmdir. Estrogen, progesteron, testosteron, FSH, LH və digər hormonlar qadının yalnız aybaşı tsiklini deyil, həm də dərinin vəziyyəti, çəki, duyğular, yumurtalıqların fəaliyyəti və hətta psixoloji sağlamlığı üzərində böyük təsirə malikdir.

Bu hormonlardan birində belə tarazlığın pozulması bütöv sistemi təsir altına alır və müxtəlif əlamətlərlə özünü büruzə verir.
Hormonal pozğunluqların əsas əlamətləri
Hormonal disbalansın simptomları müxtəlif ola bilər və çox zaman qadınlar bu əlamətləri gündəlik stress və ya yorğunluqla əlaqələndirərək mütəxəssisə müraciət etməkdə gecikirlər. Halbuki erkən diaqnoz çox vacibdir.
Ən çox rast gəlinən əlamətlər:
🔸 Aybaşı tsiklinin pozulması – gecikmələr, aralıqlı qanaxmalar, aybaşısız uzun müddət
🔸 Yumurtalıq problemləri və ovulyasiyanın olmaması
🔸 Ağır akne, dəridə yağlanma və sızanaqlar
🔸 Tüklənmənin artması (hirsutizm) – üz, sinə, qarın bölgəsində
🔸 Kökəlmə və ya çəki verə bilməmək
🔸 Saç tökülməsi və ya incəlməsi
🔸 Emosional dalğalanmalar – depressiya, əsəbilik, yuxusuzluq
🔸 Sonsuzluq və hamilə qalmaqda çətinlik
Bu əlamətlərin bir neçəsi sizdə varsa – hormonal balans pozulmuş ola bilər.
Hormonal pozğunluqların səbəbləri
Hormonal pozuntuların yaranma səbəbləri çoxşaxəlidir:
✔ Polikistik yumurtalıq sindromu (PKOS)
✔ Qalxanabənzər vəzi hormonlarında nasazlıq (hipotireoz/hipertireoz)
✔ Prolaktin hormonunun artması (hiperprolaktinemiya)
✔ Genetik və irsi meyillilik
✔ Stress və yuxusuzluq
✔ Düzgün olmayan qidalanma və həyat tərzi
✔ Doğuşdan sonra və ya menopauza dövründə hormonal dalğalanmalar
✔ Əvvəlki abortlar və ya hormonal preparatlardan sui-istifadə
Diaqnostika necə aparılır?
Hormonal pozğunluqların dəqiq təyini üçün aşağıdakı müayinələr tətbiq edilir:
•Hormonal analizlər – Estrogen, progesteron, FSH, LH, testosteron, prolaktin və qalxanabənzər hormonların səviyyəsi
•Transvaginal və ya abdominal USM – Yumurtalıqlarda kista, dominant follekul və ya polikistik görüntü
•Bəzən MRT və ya digər əlavə analizlər – Hipofiz vəzinin qiymətləndirilməsi üçün
•
Əgər siz də özünüzdə yuxarıdakı əlamətləri hiss edirsinizsə və hormonal pozğunluqlardan şübhələnirsinizsə, Dr. Fəxrəndə Rəsulova Sizə xüsusi, fərdi yanaşma və beynəlxalq protokollara əsaslanan ən doğru müayinə-müalicə planı ilə xidmət göstərəcək. Gecikmədən sağlamlığınıza bir addım atın!.
📞 Elə indi dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
