PRP ilə sonsuzluq müalicəsi — ümid verən müasir yanaşmadır

Sonsuzluq diaqnozu alan bir çox qadın üçün ən vacib sual budur: “Başqa çıxış yolu varmı?” Müasir reproduktiv tibbdə tətbiq olunan #PRP (Platelet Rich Plasma) terapiyası yumurtalıq və endometrium funksiyasını stimullaşdırır.

#PRP nədir?
Pasiyentin öz qanından alınan və böyümə faktorları ilə zəngin plazma xüsusi üsulla hazırlanaraq reproduktiv orqanlara tətbiq olunur. Məqsəd — toxuma yenilənməsini və hüceyrə aktivliyini artırmaqdır.

Hansı hallarda tətbiq oluna bilər?
▫️Yumurtalıq rezervinin azalması
▫️Endometrium nazikliyi
▫️Təkrarlayan IVF uğursuzluğu
▫️Erkən yumurtalıq çatışmazlığı halları

💢Unutmayın: #PRP hər pasiyent üçün uyğun olmaya bilər. Doğru seçim üçün mütləq mütəxəssis qiymətləndirməsi lazımdır.

👩🏻‍⚕️Tövsiyəm:
Sonsuzluq müalicəsində gecikməyin. Müasir tibbdə hər pasiyent üçün fərdi yanaşma mövcuddur və vaxtında müraciət şansı artırır.

Ana olmaq arzusu üçün doğru addım — düzgün mütəxəssis seçimidir❣️

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04