#Müalicəvi-PRP

#Müalicəvi PRP xəstənin öz qanından əldə edilən, trombositlərlə zəngin plazmanın genital bölgəyə tətbiq olunması prosedurudur.
Bu prosedur toxmaların yenilənməsini sürətləndirir və bir çox ginekoloji problemlərin həllinə kömək edir.

🌸Xüsusilə genital nahiyədə quruluq, diskomfort, göynəmə və yanma hissi yaşayan xanımlarda effektiv nəticələr verir. Bundan əlavə, müalicəvi PRP-nin əsas üstünlüklərindən biri endometrium qatının qalınlaşmasına dəstək olmasıdır.

🤰🏻Uzun müddət endometrium nazikliyi ilə mübarizə aparan pasiyentlərdə bu prosedur sayəsində qısa müddətdə müsbət nətiycə müşahidə olunur. Eyni zamanda menstrual tsikli qısa olan xanımlarda da menstruasiya günlərinin artmasına da kömək edə bilir.

🩺Süni mayalanmaya və ya hamiləliyə hazırlıq mərhələsində olan pasiyentlər üçün də PRP faydalı dəstək prosedurlarından hesab olunur. Bu üsul endometriumun inkişafını dəstəkləyir, dominant follikulun keyfiyyətli yetişməsinə kömək edir və reproduktiv sağlamlığın yaxşılaşmasına şərait yaradır.

💉Müalicəvi PRP təhlükəsiz, təbii və xəstənin öz biomaterialından istifadə edilərək həyata keçirilən müasir müalicə üsullarından biridir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04