#Mioma – uşaqlığın əzələ qatından inkişaf edən xoşxassəli törəmədir. Statistik olaraq hər 3 qadından birində rast gəlinir. Bəzən simptomsuz inkişaf edə bilər, lakin ölçüsü artdıqca ciddi narahatlıqlara, qanaxmalara və hətta reproduktiv problemlərə səbəb ola bilər.

#Miomektomiya – uşaqlığı qoruyaraq yalnız miomanın cərrahi yolla çıxarılmasıdır və reproduktiv funksiyanın saxlanılması baxımından ən optimal yanaşmalardan biridir.
#Miomanın əsas əlamətləri:
- Uzunmüddətli və intensiv menstrual qanaxmalar
- Qarının aşağı hissəsində ağrı və təzyiq hissi
- Tez-tez sidiyə getmə
- Hamilə qalmaqda çətinlik
- Qarında böyümə və dolğunluq hissi
#Mioma nə zaman cərrahi müdaxilə tələb edir?
- Sürətli böyümə müşahidə olunursa
- Sonsuzluğa və ya hamiləliyin pozulmasına səbəb olursa
- Davamlı və güclü qanaxmalar verirsə
- Ağrı, təzyiq və qonşu orqanlara təsir edirsə
💢Qeyd: Müasir ginekologiyada düzgün seçilmiş cərrahi taktika ilə həm sağlamlığınızı qorumaq, həm də gələcək ana olmaq şansını saxlamaq mümkündür.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
