HPV TESTİ NƏYİ TƏYİN EDİR?

🔬 Bu test uşaqlıq boynunda (serviksdə) yüksək riskli HPV tiplərinin olub-olmadığını göstərir. Zamanında aşkarlamaq gələcəkdə servikal xərçəngin qarşısını almaq üçün çox önəmlidir.

👩🏻‍⚕️Virusu zamanında aşkarlamaq, yaranacaq fəsafların önləmini almaqda çox önəmlidir❣️

🧪Test necə götürülür?
HPV testi adi ginekoloji baxış zamanı, xüsusi fırça ilə uşaqlıq boynundan az miqdarda selik nümunəsi götürülərək aparılır.
Prosedur qısa, ağrısız və təhlükəsizdir.

📅 Test nə vaxt təyin edilməlidir?
🔹Cinsi həyatı olan hər bir qadına, ehtiyac olduqda təyin edilə bilər;
🔹30 yaşdan sonra isə HPV testi artıq əsas skrininq metoduna çevrilir.
👉 HPV testi təkbaşına və ya Pap testi ilə birlikdə (co-test) aparıla bilər.

💢Əgər test neqativdirsə, növbəti yoxlama 1-2 il sonra yetərlidir.
Əgər pozitivdirsə, həkim əlavə müayinələr və müalicə planı təyin etməlidir.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04