Estetik Ginekologiyada FƏRQİMİZ – Sizin üçün DƏYƏR yaradan yanaşma.

Estetik ginekologiya yalnız görünüşə yönəlik bir dəyişiklik deyil — rahatlıq, özünəgüvən, sağlamlıq və həyat keyfiyyətinin yüksəlməsi deməkdir. Bu sahədə fərq yaratmaq isə yalnız texniki biliklə deyil, ürəklə işləməyi, empati və zərifliyi, eyni zamanda peşəkar cərrahi yanaşmanı özündə birləşdirən bir sənətdir.
Bizim FƏRQİMİZ nədədir?
🔹 Hər bir pasientə fərdi və qayğıkeş yanaşma
Hər bədən fərqlidir. Hər ehtiyac, hər narahatlıq yalnız Sizə məxsusdur. Məhz bu səbəbdən hər bir pasiyentimizə fərdi yanaşır, onu dinləyir, anlayır və ən uyğun planı birlikdə hazırlayırıq.
🔹 Təbiilik və simmetriyaya önəm veririk
Estetik əməliyyatlarda nəticə təbii görünməli, qadın öz bədənində yadlıq deyil, rahatlıq hiss etməlidir. Bizim məqsədimiz süni yox, Sizin öz gözəlliyinizi üzə çıxarmaqdır.
🔹 Əvvəllər başqa mərkəzlərdə aparılmış, nəticəsindən narazı qaldığınız estetik əməliyyatlar varsa — biz onların tam bərpasını peşəkarlıqla həyata keçiririk.
🔹 Bizim estetik ginekologiyada FƏRQİMİZ əməliyyatlarımızın nəticələrinin QALICILIĞIDIR. Bu da, bizim tətbiq etdiyimiz texnikaya bağlıdır.
🔹 Bizim etdiyimiz VAGİNOPLASTİKADAN sonra təkrar genişlənmə ilə üzləşmirsiniz.
🔹Bizim etdiyimiz LABİOPLASTİKADAN sonra əməliyyatımızın üstünlüyü ondan ibarətdir ki, kəsilmiş nahiyənin izi qalmır. Estetik görünüşünü nəzərə alaraq kosmetik tikiş qoyulur və bu tikişin yeri 3-5 günə sağalır, 10 günə izi belə qalmır. Əməliyyatdan sonra ağrı olmur və maksimum estetik görünüşü təmin edir.
🔹Hətta Bakirə qızlarımız da, qorxmadan, rahatlıqla əməliyyat oluna bilərlər❣️ Gələcəkdə ailə həyatı qurduqda belə, heç bir çapıq izi qalmadığı üçün onların əməliyyat olub, olmamaları heç bilinmir.
Nə üçün Dr. Fəxrəndə Rəsulova?
•Estetik ginekologiyada illərlə formalaşmış zəngin təcrübə
•İncəlik, zəriflik və tibbi dəqiqliyi birləşdirən ustalıq
•Beynəlxalq protokollara uyğun steril və təhlükəsiz əməliyyat şəraiti
•Gözəllik, sağlamlıq və rahatlığın sintezini təqdim edən yanaşma
Biz Sizin üçün buradayıq…
Əziz xanımlar, əgər siz də bədəninizlə barışıqda olmaq, gündəlik həyatınızda fiziki və psixoloji rahatlıq, cinsi münasibətlərdə isə özünəgüvən və hüzur yaşamaq istəyirsinizsə, bu yolda sizi anlayan və dəyər verən bir əllə irəliləyin. Biz həm estetik gözəllik baxımından, həm sağlamlıq, həm də, nəticələrimizin qalıcılığı baxımından Sizləri əmin edə bilərik
Mob / WhatsApp: +994 70 960 90 04
