LEVATOROPLASTİKA

Qadın bədəni incəlik və möhkəmliklə harmoniya içində olmalıdır. Bəzən biz yalnız görünən hissələrə fokuslansaq da, daxili əzələ strukturlarının sağlamlığı gündəlik həyatın və cinsi həyatın keyfiyyətinə birbaşa təsir edir. Levatoroplastika – məhz bu görünməyən, amma mühüm əzələlərin bərpasını və möhkəmləndirilməsini hədəfləyən vacib cərrahi əməliyyatdır.

Levatoroplastika nədir və nə üçün icra olunur?

Levatoroplastika – çanaq dibi əzələlərinin, anusun dairəvi və uşaqlıq yolunun həlqəvi əzələlərinin bərpası və möhkəmləndirilməsi üçün aparılan cərrahi müdaxilədir. Bu əzələlər kiçik çanaq orqanlarının (uşaqlıq, sidik kisəsi və rektum) düzgün mövqedə qalmasına və funksional sabitliyinə cavabdehdir.

Levatoroplastika qadının cinsi həyatının keyfiyyətini yaxşılaşdırmaq, vaginoplastikanın qalıcılığını artırmaq və ginekoloji sağlamlığını qorumaq üçün icra olunur.

💢 Qeyd: Dr.Fəxrəndə Rəsulovanın üstünlüyü ondadır ki, pasiyentlərinə VAGİNOPLASTİKA icra etdiyi zaman, həmçinin Levatoroplastikanı da eyni zamanda tətbiq etməklə Vaginoplastika zamanı maksimum darlığı təmin edir. Beləliklə də,  xanımları komplekslərdən həmişəlik azad edir.
Əldə olunan nəticələr də qalıcı olur.  Dr. Fəxrəndə Rəsulova bu sahədə yüksək peşəkarlığı, individual yanaşması və müasir texnikası ilə sizə həm estetik, həm də ginekoloji sağlamlıq və rahatlığınızı qazandıracaq.

Nə üçün dr. Fəxrəndə Rəsulova?

•Uzun illik təcrübə ilə yanaşı incə və müasir cərrahi yanaşma

•Hər bir xəstəyə fərdi və qayğıkeş münasibət

•Təbiiliyi və simmetriyanı qoruyan xəyaledilən estetik nəticələr

•Güvənli, steril və komfortlu mühit

•ƏN ƏSASI Dr. Fəxrəndə Rəsulovanın etdiyi əməliyyatdan sonra təkrar problemlərlə üzləşmirsiniz.

📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04