HPV AĞIZ VƏ QIRTLAQ XƏRÇƏNGİNƏ SƏBƏB OLA BİLƏRMİ?

Bəli. HPV yalnız vulvanın və uşaqlıq boynu xərçənginə deyil, həm də ağız boşluğu və qırtlaq xərçənginin yaranmasına da səbəb ola bilər.
‼️Xüsusilə HPV-nin 16-cı tipi dil kökü, badamcıqlar və qırtlaq xərçəngi ilə sıx əlaqələndirilir.

🔹 Yoluxma əsasən oral kontakt zamanı baş verir.
🔹 HPV infeksiyası çox vaxt uzun müddət heç bir əlamət vermir.
🔹 Virus hüceyrələrdə uzun müddət gizli qalaraq zamanla dəyişikliklər yaradaraq xərçəngin yaranmasına səbəb ola bilər.

✨ Necə qorunmaq olar?
✅ Vaksin olunaraq qadınlar da, kişilər də bu virusdan qoruna bilər;
✅ Təhlükəsiz münasibət qaydalarına əməl etmək vacibdir;
✅ Zərərli vərdişlərdən uzaq durmaq riskin azalmasına kömək edir;
✅ Şübhəli hallarda həkim müayinəsini gecikdirməmək önəmlidir!

💢Qeyd: Unutmayaq ki, HPV-dən qorunmaq və HPV-in səsb olduğu xərçənglərin qarşısını almaq mümkündür!
Ən güclü silahımız – maarifləndirmə, vaxtında peyvənd və mütəmadi müayinələrdir‼️

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04