Uşaqlıq boynunda hər hansı dəyişiklik varsa – risk almadan vaxtında yoxlanın!
Kolposkopiya – uşaqlıq boynunun, vaginal divarların və xarici cinsiyyət orqanlarının xüsusi cihaz (kolposkop) vasitəsilə böyüdülmüş şəkildə müayinəsidir. Bu müayinə, HPV virusu, eroziya, displazi, xərçəngönü və ya xərçəng hüceyrələrinin aşkarlanması üçün ən önəmli və dəqiq diaqnostik üsullardan biridir.

Kolposkopiya nə zaman aparılır?
Pap smear (PAP-test) nəticəsində şübhəli hüceyrələr aşkarlandıqda
Uşaqlıq boynu eroziyası və ya iltihabı varsa
HPV pozitiv nəticə alınıbsa
Düzensiz qanaxma və ya cinsi əlaqə sonrası qanama olduqda
Uşaqlıq boynu xərçəngi riski mövcuddursa
Kolposkopiya necə aparılır?
•Sadə ginekoloji baxış kimidir, lakin xüsusi cihazla (kolposkopla) detallı görüntü təmin edilir
•Ağrısızdır, anesteziyaya ehtiyac olmur
•Zərurət olarsa, müayinə zamanı toxumadan biopsiya da götürülə bilər
•15-20 dəqiqə ərzində tamamlanır
Üstünlükləri:
•Xərçəngönü hüceyrələrin vaxtında aşkarlanması
•HPV-nin törətdiyi dəyişikliklərin müşahidəsi
•Ən kiçik və gizli dəyişikliklərin görünməsi
•Erkən diaqnoz, erkən müalicə imkanı
Dr. Fəxrəndə Rəsulova – kolposkopiya müayinəsini tam peşəkar və komfortlu şəraitdə həyata keçirir. Qadınlara hər zaman anlayışla və diqqətlə yanaşaraq, etibarlı və doğru diaqnozun qoyulmasına zəmanət verir.
Unutmayın: Uşaqlıq boynu xərçəngi zamanında aşkar edildikdə 100% müalicə olunur. Kolposkopiya bu yolda atılacaq ən önəmli addımdır.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
