PAP-SMEAR TESTİ (PAP YAXMASI)

Uşaqlıq boynu xərçəngindən qorunmaq – sadəcə bir test qədər asandır!

PAP-Smear testi (və ya PAP yaxması) – uşaqlıq boynundan hüceyrə nümunəsi götürülərək, onların mikroskop altında araşdırıldığı sadə, sürətli və həyati əhəmiyyətli bir skrininq testidir. Bu test sayəsində uşaqlıq boynu xərçəngi və xərçəngönü dəyişikliklər vaxtında aşkarlanaraq müalicə imkanı yaranır.

Kimlər və nə zaman bu testi etməlidir?

•Cinsi həyata başlayan hər bir qadın

•21 yaşdan yuxarı olan qadınlar (mütəmadi olaraq)

•HPV pozitiv qadınlar

•3 ildən çoxdur ginekoloqa müraciət etməyən qadınlar

•Qeyri-adi axıntı, qanama və ya diskomfort yaşayanlar

Test necə aparılır?

•Ginekoloji müayinə zamanı xüsusi fırça ilə uşaqlıq boynundan hüceyrələr götürülür

•Tamamilə ağrısız və cəmi 5 dəqiqəlik prosedurdur

•Hüceyrələr laboratoriyaya göndərilərək şübhəli və ya anormal dəyişikliklər araşdırılır

•Lazım gələrsə, kolposkopiya və ya biopsiya ilə dəyərləndirmə davam etdirilir

PAP-Smear nəyi aşkarlaya bilər?

Uşaqlıq boynu eroziyası

Xərçəngönü hüceyrə dəyişiklikləri (CIN I, II, III)

HPV-nin törətdiyi dəyişikliklər

Erken mərhələdə xərçəng hüceyrələri

Dr. Fəxrəndə Rəsulova – hər bir qadının vaxtında və düzgün diaqnostika alması üçün PAP-Smear testinə xüsusi önəm verir. Qadın sağlamlığının qorunmasında erkən diaqnozun rolunu dərindən bilən bir mütəxəssis kimi, Sizə rahat və peşəkar şəkildə bu testi təqdim edir.

Unutmayın: Uşaqlıq boynu xərçəngi illərlə gizli inkişaf edə bilər. Erkən diaqnoz – həyat qurtarır! PAP-smear testi Sizi qoruyan ilk addımdır.

📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04