POLİKİSTİK YUMURTALIQ SİNDROMU (PCOS)

Polikistik yumurtalıq sindromu (PCOS) – qadınlarda hormonal balanssızlıqla müşahidə olunan, çox yayılmış bir ginekoloji pozuntudur. Bu vəziyyət yumurtalıqlarda çoxsaylı xırda kistaların yaranması və menstrual dövrün pozulması ilə xarakterizə olunur.
Hormonların funksiyanın pozulması nəticəsində ovulyasiya prosesi pozulur, yumurtalıq qabığı qalınlaşır, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər.

Polikistoz Sindromu menstruasiyanın olmaması və ya uzun fasilələrlə düzənsiz menstruasiyanın olması ilə özünü göstərir. Bu da, qanda androgen hormonunun artması ilə əlaqədar dəridə səpkilər, yağlanma, saç tökülməsi, tüklənmə kimi əlamətlərə səbəb olur.

Əlamətlər:

•Menstrual dövrün gecikməsi və ya olmaması

•Aşırı tüklənmə (üz, sinə, qarın)

•Sızanaq və yağlı dəri

•Artan bədən çəkisi

•Hamilə qalmaqda çətinlik

Dr. Fəxrəndə Rəsulova hər pasiyent üçün fərdi yanaşma ilə hormonal analizlər, ultrasəs müayinələri və düzgün müalicə planı təqdim edir. PCOS nə qədər tez aşkarlanarsa, müalicə bir o qədər uğurlu olur.

 Qadın sağlamlığı həyat keyfiyyətidir. Aybaşı nizamsızlığı və digər hormonal şikayətləri yüngül saymayın – vaxtında həkimə müraciət edin!

📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04