UŞAQLIQ BOYNU EROZİYASI

Uşaqlıq boynu eroziyası — çox yayılmış ginekoloji problemlərdən biridir. Bu zaman uşaqlıq boynunun normal selikli qişası pozularaq, onun üzərində anormal toxuma yaranır. Bu vəziyyət qanaxmalara, ifrazat artımına və infeksiyalara səbəb ola bilər.

İstənilən yaşda baş verə bilər, ətraflı müayinə və müalicəsi mütləqdir. Eroziya xərçəngönü xəstəliklər qrupuna daxildir❗Erkən vaxtlarda hər hansı bir əlamətlə özünü göstərmir. Əsasən profilaktik ginekoloji müayinədən keçən zaman aşkarlanır. Proses ağırlaşdıqca pasiyentlər – xoşagəlməz qoxulu, çoxlu ifrazatın olmasını, cinsi əlaqə zamanı kontakt qanamanı olmasını, menstruasiya zamanı qarnın aşağı hissəsində ağrının olmasını,bəzən isə menstrual tsiklin ortasında qan qarışıqlı seliyin və ya irinli-qanlı ifrazatın olmasından şikayətlənirlər.

Bəs xəstəlikdən necə qorunmalı
İldə 1 dəfə ginekoloq müayinəsində olmaq☝🏻İstənilən ginekoloji iltihabi prosesinin vaxtında müalicəsi☝🏻İldə 1 dəfə sitoloji analiz.

Dr. Fəxrəndə Rəsulova – hər bir qadının fərdi hekayəsinə diqqətlə yanaşır, düzgün müayinə və laborator analizlər vasitəsilə xəstəliyin səbəbini müəyyən edir və effektli müalicə təyin edir.

📍 Uşaqlıq boynunda qanaxma, ağrı və ifrazat artımı hiss edirsinizsə, vaxt itirmədən mütəxəssisə müraciət edin!


📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.

Mob / WhatsApp: +994 70 960 90 04