VAGİNOPLASTİKA İLƏ MAKSİMUM DAR VAGINA!
VAGİNOPLASTİKA- doğuş, abort, yaşlanma və ya genetik faktorlar səbəbilə genişlənmiş vaginal kanalın daraldılması və əvvəlki elastikliyinin bərpasıdır. Əməliyyatdan sonra qadının, həm də partnyoru ilə intim münasibətləri daha hissiyyatlı və zövqlü olur.
Əməliyyatın əsas üstünlükləri:
✅Maksimum daralma: Vaginanın anatomik sərhədləri daxilində maksimum daraldılması ilə həm estetik, həm də funksional nəticələr əldə edilir.
✅Cinsi həyatın keyfiyyətinin yüksəlməsi: Artan hissiyat və təmas sayəsində orqazm keyfiyyəti yaxşılaşır və partnyorla emosional bağ güclənir.
✅ Əzələlərin gücləndirilməsi: Doğum sonrası zəifləyən və boşalmış əzələlər toparlanaraq gücləndirilir.
✅ Qısa reabilitasiya dövrü: Əməliyyat minimal invaziv üsullarla icra olunduğu üçün sağalma prosesi sürətli və ağrısız keçir.
Kimlər üçün uyğundur?

•Doğuşdan sonra vagina qenişlənmiş olarsa;
•İntim yaxınlıq zamanı orqazmın zəifləməsi və ya heç olmaması;
•Sidik qaçırma və uşaqlığın sallanması halları
•Özünəinamı zəifləyən qadınlar.
•Öz bədəni ilə estetik və funksional barışmazlıq
Vaginoplastikadan sonra nəticələr nələrdir?
•Vagina daralır, tonusu və elastikliyi bərpa olunur, cinsi həzziniz bərpa olur;
•Cinsi əlaqə zamnı xoşagəlməz səslər aradan qalxır;
•Sidikqaçırma və sidik kisəsinin tam boşalda bilməmə problemi bərpa olur;
•Psixoloji rahatlama, öz güvən və həyat keyfiyyətinin yüksəlməsi.
Vaginoplastikada nəticə həmişəlikdir❓
Bəli, Dr. Fəxrəndə Rəsulova təbii doğuş keçirmiş pasientlərinə VAGİNOPLASTİKA ilə yanaşı LEVATOROPLASTİKA əməliyyatını da, yəni əzələlərin daxildən bərpa olunması, vaginanın arxa divarının gücləndirilməsi və cinsiyyət orqanlarının kiçik çanağa qaytarılmasını da icra edir. Beləliklə, NƏTİCƏ xanımların TAM GÖZLƏNTİSİNİ qarşılayır və QALICI – HƏMİŞƏLİK OLUR!
Həmçinin bizim üstünlüyümüz ondadır ki, vaginal nahiyədə genişlənmiş uşaqlıq yolunun divarından dəri loskutu soyulub, çıxarılır. Soyulmuş sahənin bərpasına alt qatda yerləşən əzələlərin bərpası ilə bərpa edilərək, möhkəmləndirilir və aralıqda yerləşən dəri qatına kosmetik tikiş qoyulur.
Məqsəd: genişlənmiş, boşalmış vaginanın həcmini azaltmaq və daraltmaq. Nəticədə soyulub çıxarılaraq vagina divarı BƏRPA edilir, maksimum DARALDILIR nəticəmiz DAİMİ QALICILIĞIDIR❗
Dəyərli xanımlarımız, Vaginoplastika əməliyyatında bizim nəticələrimiz daimidir. Biz daxildən də əzələ qatını bərpa edirik. Buna görə də dr. Fəxrəndə Rəsulovanın etdiyi Vaginoplastikanın nəticəsi maksimum dar olur və darlıq qalıcıdır. Əlavə olaraq üstünlüklərimizdən biri də, həkimin istifadə etdiyi xüsusi sifarişlə gətizdirilən SAPLARDIR. Dr. Fəxrəndə Rəsulova hər dəri qatına uyğun fərqli saplardan istifadə edir. Yüksək keyfiyyətli, tük kimi nazik, öz-özünə sovrulan incə saplar sayəsidə dəriyə qoyulan kosmetik tikişlər tez sağalır.
Bütün bunlar SİZ xanımlarımızı ağrısız, estetik gözəl əməliyyat nəticəsi ilə təmin etmək üçündür!
Vaginoplastika əməliyyatı nə qədər davam edir?
Əməliyyatın müddəti pasientimizin problemlərinə əsasən tətbiq etdiyimiz metoddan aslı olaraq və həmçinin yanaşı olaraq Labioplastika və ya sidik qaçırmanı aradan qaldırmaq üçün TOT əməliyyatı da və s. icra olunacaqsa, əməliyyat 1 saatdan 2 saata qədər davam edə bilər.
Əməliyyatdan neçə gün sonra evə buraxılır❓
Səhərisi gün pasientlərimiz tam ağrısız evə buraxılır və öz həmişəki həyat tərzlərinə davam edirlər.
Hansı növ anesteziyadan istifadə olunur❓
Vaginoplastikada spinal (beldən iynə vurulması) anesteziyadan istifadə olunur. Pasient həkimlə söhbət edərək əməliyyat olunur. Hətta bəzən onların istəkləri ilə sevdikləri musiqini də, səsləndiririk.
Əməliyyatdan sonra oturmaq olarmı, neçə gün sonra işə çıxa bilərəm❓
Əməliyyatın ilk bir həftəsində oturmağa, ağırlıq qaldırmağa icazə verilmir. 1 həftə sonra işə çıxa bilərsiniz.
Cinsi yaxınlığa nə zaman icazə verilir❓
Bizim pasientlərə 6 qhəftədən sonra cinsi yaxınlığa icazə verilir
Nə üçün dr. Fəxrəndə Rəsulova?
•Uzun illik təcrübə ilə yanaşı incə və müasir cərrahi yanaşma
•Hər bir xəstəyə fərdi və qayğıkeş münasibət
•Təbiiliyi və simmetriyanı qoruyan xəyaledilən estetik nəticələr
•Güvənli, steril və komfortlu mühit
•ƏN ƏSASI Dr. Fəxrəndə Rəsulovanın etdiyi VAGİNOPLASTİKADAN sonra təkrar genişlənmə ilə üzləşmirsiniz.
Qadın olmaq – güc və zərifliyin harmoniyasıdır
Əgər siz də doğuşdan və ya yaşla yaranan dəyişikliklər səbəbilə narahatlıq hiss edirsinizsə, unutmayın: bu, tək sizdə deyil və həlli mümkündür. Vaginoplastika, öz bədəninizi yenidən kəşf etmək və sağlam, güvənli bir həyat sürmək üçün müasir və təhlükəsiz bir yoldur.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
