#Follikulyar kista yumurtalıqlarda əmələ gələn və kifayət qədər geniş yayılmış funksional kistalardan biridir. Normal menstrual tsikldə yumurtanı daşıyan follikul böyüyür və ovulyasiya zamanı açılaraq yumurtahüceyrəni xaric edir. Bəzən isə follikul açılmır və böyüməyə davam edərək kistaya çevrilir.

Bəs hamiləlik mümkündürmü?
Bəli, #follikulyar kistanın olması hər zaman hamiləliyə mane olmur. Əksər hallarda bu kistalar müvəqqəti xarakter daşıyır və müəyyən müddət ərzində öz-özünə sorula bilər. Lakin kistanın yaranması ovulyasiyaya təsir edirsə, həmin dövrdə hamilə qalmaq çətinləşə bilər.
Hansı əlamətlər müşahidə oluna bilər?
• Qarının aşağı hissəsində ağrı və ya ağırlıq hissi
• Menstrual tsikldə gecikmələr və ya dəyişikliklər
• Cinsi əlaqə və fiziki aktivlik zamanı diskomfort
• Bəzən isə heç bir əlamət olmaya bilər
Əksər #follikulyar kistalar xüsusi müdaxilə olmadan geriləyir. Lakin kista böyükdürsə, uzun müddət qalırsa və ya şikayətlərə səbəb olursa, ginekoloji nəzarət vacibdir.
Kistanın ölçüsünü və xüsusiyyətlərini qiymətləndirmək, həmçinin yumurtalıqların vəziyyətini izləmək üçün ginekoloji müayinə və USM müayinəsi aparıla bilər.
Tövsiyəm: Əgər sizdə follikulyar kista aşkarlanıbsa, bunu hamiləliyin mümkün olmadığı anlamına gələn bir diaqnoz kimi qəbul etməyin. Kistanın növü, ölçüsü və menstrual tsiklə təsiri fərdi şəkildə qiymətləndirilməlidir.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
