#Endometrioz yalnız ağrı demək deyil.

Bəzən xanımlar özündə olan dəyişiklikləri fərqli səbəblərlə əlaqələndirir:
aybaşı zamanı güclü narahatlıq, qarında şişkinlik, bağırsaq problemləri, cinsi əlaqə zamanı diskomfort və ya uzun müddət hamilə qala bilməmək…

Lakin bu əlamətlərin arxasında endometrioz da dayana bilər.

🩺

#Endometrioz zamanı endometriumun toxuması uşaqlıq boşluğundan kənarda inkişaf edərək iltihabi prosesə, yapışıqlıqlara və ətraf orqanların fəaliyyətinə mənfi təsir göstərə bilən dəyişikliklərə səbəb ola bilər.

#Endometrioz zamanı rast gəlinə bilən əlamətlər:
• Menstruasiya zamanı güclü və ya təkrarlanan narahatlıq;
• Cinsi əlaqə zamanı ağrı və ya diskomfort;
• Qarında şişkinlik və həzm problemləri;
• Sidik ifrazı zamanı narahatlıq;
• Uzun müddət hamilə qala bilməmək;
• Xroniki çanaq nahiyəsi narahatlığı.

⚠️

Bəzən #endometrioz uzun müddət aşkar edilmədən qala bilər. Əlamətləri hər eyni olmuya bilir. Digər ginekoloji və ya həzm sistemi problemləri ilə qarışdıla bilər.

Endometriozun erkən qiymətləndirilməsi həm xanımların həyat keyfiyyəti, həm də gələcək reproduktiv planları baxımından əhəmiyyətlidir.

Əgər sizdə bu əlamətlərdən bir neçəsi təkrarlanırsa, onları sadəcə gündəlik həyatın bir hissəsi kimi qəbul etməyin. Mütləq həkim müayinəsindən keçin.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04