CO2 LAZERLƏ VAGİNAL CAVANLAŞMA

CO2 Lazerlə Vaginal Cavanlaşma – Sağlam və Özünə Güvənli Intim Həyat, Yaşından asılı olmayaraq hər bir qadın sağlam və özünə güvənli cinsi həyata sahib olmağı arzulayır. Lakin zaman keçdikcə, yaş faktorları, çoxsaylı doğuşlar və abortlar vaginal bölgədə dəyişikliklərə, funksional və estetik narahatlıqlara səbəb ola bilər. Bu dəyişikliklər cinsi həyatın keyfiyyətini azalda və qadının özünü psixoloji cəhətdən kompleksli hiss etməsinə səbəb ola bilər.

CO2 Lazerlə Vaginal Cavanlaşma nədir?
Bu müasir və təhlükəsiz prosedur vaginal toxumaların yenilənməsinə, daralmasına və funksiyasının bərpasına yönəlib. Lazer enerjisi sayəsində toxumalarda kollagen sintezi artır, qan dövranı yaxşılaşır və hüceyrələr yenilənir.

Prosedurun üstünlükləri:
🔹Cəmi 3-5 dəqiqə davam edir
🔹Ağrısız və anesteziyasız həyata keçirilir
🔹Heç bir kəsik və ya tikiş yoxdur
🔹Prosedurdan sonra normal həyatınıza dərhal qayıdırsınız

Prosedurdan sonra nə baş verir?
🔹Vaginal toxumalar yenilənir, daxili elastiklik və daralma bərpa olunur
🔹Vaginal quruluq və ifrazat pozuntuları bərpa olur
🔹Cinsi həzz və istək artır
🔹Sidikqaçırma və vaginadan xoşagəlməz səslər kimi şikayətlər aradan qalxır
🔹Özgüvən və qadın sağlamlığı bərpa olunur

Nəticələr nə zaman görünür?
🔹Effekt artıq ilk seansdan hiss edilir
🔹Ən yaxşı nəticə 2–3-cü həftədə müşahidə olunur
🔹Maksimum faydası isə ikinci aydan etibarən hiss olunur

Prosedur 6 ay fasilə ilə təkrarlana bilər

❣️CO2 lazer təhlükəsizdirmi?
Bəli, bu texnologiya tibbi cəhətdən təsdiqlənmiş, zərərsiz və effektiv üsuldur.

✨ Unutmayın: Zamanında edilən vaginal cavanlaşma proseduru gələcəkdə cərrahi müdaxiləyə ehtiyacı azalda bilər. Sağlam, komfortlu və güvənli intim həyat artıq mümkündür!

📞 Ətraflı məlumat və müraciət üçün:
+994 70 960 90 04
Həkiminiz: Mama-Ginekoloq, Cərrah Dr. Fəxrəndə Rəsulova