FOLLİKULYAR KİSTA İLƏ HAMİLƏLİK MÜMKÜNDÜRMÜ?

FOLLİKULYAR KİSTA NƏDİR?

Follikulyar kista — qadın reproduktiv sistemində ən çox rast gəlinən funksional yumurtalıq kistlərindən biridir. Normalda menstrual tsiklin ortasında follikul partlayaraq yumurtahüceyrə buraxmalıdır (bu prosesə ovulyasiya deyilir). Lakin bəzi hallarda bu proses baş tutmur və follikul içərisindəki maye ilə birlikdə böyüməyə davam edir – beləliklə follikulyar kista yaranır.

BU VƏZİYYƏTDƏ HAMİLƏLİK MÜMKÜNDÜR?

Əgər ovulyasiya baş vermirsə, deməli, yumurtahüceyrə yetişmir və hamilə qalmaq çətinləşir. Follikulyar kista hamiləliyin qarşısını ala, hətta bəzi hallarda hamiləliyin erkən dövrlərində düşüklərə səbəb ola bilər.

Əgər kista böyükdürsə və ya partlayarsa, bu qarnın iç boşluğuna qanaxma (hemorragik kista), şiddətli ağrı və digər ciddi fəsadlara yol aça bilər.

ƏN ÇOX RAST GƏLİNƏN ƏLAMƏTLƏRİ:

  • Qarının aşağı hissəsində ağrı
  • Menstruasiya gecikmələri
  • Cinsi əlaqə və ya fiziki fəaliyyət zamanı ağrının artması
  • Bəzi hallarda heç bir simptom olmaya da bilər

Ağrı xüsusilə menstrual tsiklin ikinci yarısında, follikulun maksimum ölçüyə çatdığı dövrdə güclənə bilər.

Müayinələr kistanı nəzarətdə saxlamaq üçün çox əhəmiyyətlidir.
Follikulyar kistalar çox vaxt öz-özünə sorulur, lakin davamlı və ya böyük ölçülü olduqda mütləq ginekoloji nəzarət tələb edir.

💢Qeyd: Əgər sizdə də menstrual tsikldə pozğunluq və ya qarın nahiyəsində ağrı kimi şikayətlər varsa, follikulyar kista ehtimalı istisna edilməməlidir. Ən ildə ən azı 2 dəfə ginekoloji müayinədən keçməyiniz tövsiyyə olunur.
Dr. Fəxrəndə Rəsulova müasir tibbi yanaşma ilə dəqiq diaqnostika və müalicə üçün yanınızdadır.

👉 Əgər siz də oxşar şikayətlərlə qarşılaşırsınızsa və dəqiq diaqnoz, müasir yanaşmalarla müalicə istəyirsinizsə,
📞 Elə indi Dr. Fəxrəndə Rəsulova ilə konsultasiyaya yazılın !

Mob / WhatsApp: +994 70 960 90 04