Cinsi əlaqə zamanı #ağrı bir çox qadının yaşadığı, lakin danışmağa çətinlik çəkdiyi problemlərdən biridir. Bəzən bu vəziyyət illərlə davam edir və qadının həm fiziki, həm də emosional həyatına təsir göstərir.


Cinsi əlaqə zamanı ağrının səbəbləri fərqli ola bilər:
• Vaginal #quruluq
• #Hormonal dəyişikliklər
• #Doğuşdan sonrakı dəyişikliklər
• Çanaq dibi əzələlərinin gərginliyi
• İnfeksiyalar və iltihabi proseslər
• Müxtəlif ginekoloji xəstəliklər
Ağrının davamlı olması normal hesab edilmir və mütləq araşdırılmalıdır.

Müasir estetik və funksional ginekologiyada PRP, lazer prosedurları və digər müalicə üsulları bəzi hallarda vaginal toxumaların bərpasına, quruluğun azalmasına və həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

Rahat və ağrısız intim həyat qadın sağlamlığının vacib hissəsidir. Problemi gizlətmək əvəzinə səbəbini öyrənmək və uyğun həll yolunu seçmək daha doğru yanaşmadır.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
